Icma.az
close
up
RU
Premyer liqada qolu necə gəldi qeyd etmək dönəmi bitdi

Premyer liqada qolu necə gəldi qeyd etmək dönəmi bitdi

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Sky Sport” bu həftə maraqlı bir xəbər yayıb.

İngiltərə premyer-liqasının (İPL) rəhbərliyi futbolçuların qolu qeyd etməsini nəzarətdə saxlamağı, alçaldıcı və ya istehzalı jestə əl atanları cəzalandırmağı planlaşdırır. Bu qərar son vaxtlarda İngiltərə futbolunda baş verən bəzi qalmaqallara cavab xarakteri daşıyır.
İPL-in baş futbol zabiti Toni Skoulzun fikirləri:

“Balans var. Hər birimiz qolun qeyd olunmasını xoşlayırıq. Bunların bəziləri çox cəlbedici, əyləncəli olur, ancaq sərhəd var. Bu jestlər istehza və ya təhqir mərhələsinə keçəndə tədbir görməliyik”.


Doğrudan da, son vaxtlar premyer-liqada qolu təhqiramiz şəkildə bayram etmək epidemiya xarakteri alıb, belə halların sayı əməllicə artıb. Məsələn, yanvarın 25-də keçirilən “Brayton” - “Everton” oyununda (0:1) yeganə qolu penaltidən vuran Lliman Ndiaye əli ilə rəqibin rəmzi olan qağayını təsvir etdi və hakim buna görə onu sarı vərəqə ilə cəzalandırdı.
“Mançester Siti”nin hücumçusu Fil Foden və onun “Mançester Yunayted”dən olan rəqibi Coşua Zirkzee da bu mövsüm cəzalanıb – qolu bayram edərkən atəş açmağı imitasiya etdiklərinə görə. Bəzi fanatlar belə davranışı təhqiramiz sayır.
İngiltərə mətbuatına inansaq, futbol məmurlarının səbr kasasını daşıran son damla “Arsenal”ın 18 yaşlı yarımmüdafiəçisi Maylz Lüis-Skellinin hərəkəti olub. “Topçular”ın bir neçə gün əvvəl “Siti”ni darmadağın etdiyi (5:1) oyunda Lüis-Skelli komandasının 3-cü qolunu vurub və gerçəkdən sırtıqcasına davranıb: Holannın gözü önündə onun kimi meditasiya edib. Bu aksiya norveçli ulduzun sentyabrdakı davranışına cavab olub – onda komandalar 2:2 oynamış, “şəhərlilər”in forvardı isə Maylzdan saymazyana şəkildə kim olduğunu soruşmuşdu.
Maylzın qolu qeyd etməsi ilə bağlı bütün İngiltərə danışdı – çoxları yarımmüdafiəçinin hərəkətinə heyranlıq duysa da, başqaları da mühakimə etdi. Sonuncular sırasında məşhur futbol veteranı Ceymi Karrager də var:

“Meydandakı futbol özünəinamı xoşuma gəldi. Amma bu gənc oyunçunun Holannı təqlid edərək ələ salmasını qətiyyən bəyənmədim. Erlinqin ona nə dediyini bilirəm, ancaq hər halda, Maylz gənc oyunçudu, hər birimiz yeniyetmə vaxtı başımızı itiririk. Maylz üçün vacib məqamdı”.


İngiltərə tabloidləri dərhal İngiltərə futbolunun əsas trolu – “Lester”in kapitanı Ceymi Vardinin taleyinə görə narahat olmağa başladı. Başqa futbolçular qolu bayram edərkən əcaib jestlərə bəlkə də karyerası boyunca bir neçə dəfə əl atıb. 38 yaşlı forvard isə hər mövsüm hoqqabazlıq edir. Bu mövsüm də istisna deyil.
Xatırlamağa dəyər. “Tottenhem”lə oyunda fərqlənən Vardi əvəzlənərkən “mahmızlar”a onların qənimət otağının boş olduğunu xatırlatdı. Ceymi əvvəlcə futbolkasındakı premyer-liqa loqosunu göstərdi, sonra londonlu azarkeşlərə üz tutdu və barmaqları ilə “sıfır” işarə etdi. Təəccüblüdü, ancaq Vardi yanvardakı qarşılaşmada da eyni tryuku təkrarladı – qol vurandan sonra “sıfır” göstərdi. Ancaq bu dəfə hər şey “Tottenhem”in arenasında baş verdiyindən reaksiya daha canlı oldu.
2022-ci ildə Ceymi “Vulverhempton”u bezdirdi. Sonradan meydana çıxan (deyilənə görə, enerjili içkiləri qəbul edəndən sonra) hücumçu qol vurandan sonra “canavarlar”ın tribunalarına tərəf qaçaraq təhqiramiz sözlər qışqırdı. Bu hadisədən üç il əvvəl isə “Kristal Pelas” azarkeşlərini aşağılamışdı – qoldan sonra qartalı təsvir etmişdi.
İPL rəhbərliyi həqiqətən qolu əcaib şəkildə qeyd etməyə görə cəza mexanizmini işə salsa, məhz Vardi ən böyük zərərçəkən olacaq. Ya da ipə-sapa yatacaq, davranışını düzəldəcək. Hərçənd buna inanmaq çox çətindi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Fevral 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri