Icma.az
close
up
RU
Premyer Liqaya yüksələn klubun rəsmisi: Dəstək olsa, əsas komanda ilə yanaşı, akademiya barədə də planlar quracağıq

Premyer Liqaya yüksələn klubun rəsmisi: Dəstək olsa, əsas komanda ilə yanaşı, akademiya barədə də planlar quracağıq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 aprel, AZƏRTAC

İmişli şəhərinin yenidən Premyer Liqada təmsil olunması inanılmazdır. Sevincimizin həddi-hüdudu yoxdur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" klubunun icraçı direktoru Aqşin Mürsəlov deyib.

O, İmişlini elitada layiqincə təmsil edəcəklərinə inandığını bildirib: "Bizi dəstəkləyənlərə təşəkkür edirəm. Fikrimcə, uğurumuzda bizə inanmayanların da rolu oldu. Çünki bu, bizi daha güclü olmağa sövq etdi. Rayonumuzun insanları futbolu sevirlər. Əziyyətimizin bəhrəsini gördük. Çempionatın bitməyinə dörd tur qalıb. Vəsiqəni təmin etsək də, mövsümü ikinci yerdə başa vurmaq istəyirik. Komandamızın potensialı da buna imkan verir".

İcraçı direktor komandanı çempionluq hədəfi üçün formalaşdırdıqlarını vurğulayıb: "Bəzi yersiz xal itkilərimiz oldu. Bu səbəbdən "Qəbələ"dən geri qaldıq. Amma heyətimiz peşəkar səviyyədə qurulub. İnanıram ki, mövsümü ikinci sırada bitirəcəyik".

Klub rəsmisinin sözlərinə görə, ev oyunlarını keçirdikləri stadionun əsaslı təmirə ehtiyacı var: "Bununla bağlı AFFA-ya və digər qurumlara müraciət etmişik. Hədəfimiz ev oyunlarını doğma meydanda keçirməkdir. Qonşu rayonlarda da futbola həvəs böyükdür. İşimizi buna uyğun qurmaq istəyirik. Əsas çətinliyimiz ot örtüyünün yenilənməsidir. Buna maliyyə və zaman lazımdır. Ümid edirəm ki, yaxın gələcəkdə AFFA və digər qurumlar bizə kömək olacaqlar. Dəstək olsa, əsas komanda ilə yanaşı, akademiya barədə də planlar quracağıq".

Qeyd edək ki, hazırda aktivində 44 xalı olan "İmişli" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri