Prezident APA Media Qrupun 9 əməkdaşını təltif etdi
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təltif olunan media nümayəndələri arasında APA Media Qrupun bir qrup əməkdaşı da yer alıb.
Sərəncama əsasən, APA Media Qrupun baş redaktoru Nurşən Quliyev, APA Jurnalist Məktəbinin təlimçisi İlqar Əlfi və Lent.az-ın redaktoru Azər Hüseynbala “Əməkdar jurnalist” fəxri adına layiq görülüblər.
Eyni zamanda, APA informasiya agentliyinin baş redaktoru Fərid Mirzə, agentliyin redaktoru Məhbubə Qasımbəyli, Lent.az-ın baş redaktoru Hafiz Heydərov və redaktoru Səbinə Əvəzqızı, APA TV-nin direktoru Orxan Məmmədli “Tərəqqi” medalı ilə təltif olunublar.
Vesti.az-ın baş redaktorunun müavini Nigar Sadıqova isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 21 İyul 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















