Icma.az
close
up
RU
“Aztelekom”un əhalidən ala bilmədiyi nədir? Osman Gündüzdən sərt ittiham

“Aztelekom”un əhalidən ala bilmədiyi nədir? Osman Gündüzdən sərt ittiham

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

25 manat ödəyirik, bəs daha nə istəyirlər? "“Aztelekom”un milyardlıq dövriyyəsi var, amma qiymət artırmaq istəyir"

“Aztelekom” internetin qiymətini qaldıracaqmış, Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi imkan verməyib. Bəladan sovuşmuşuq. Amma hansı müddətədək? 2 il əvvəl qymətləri kəllə-çarxa qaldıran, əvəzində isə heç 100 Mgb sürət də verməyən “Aztelekom” rahat dayanmır. Vurnuxa-vurnuxa qalıb, hər cür yolla qiymətləri yenə qaldırmaq istəyindədir. 

Nədir bu şirkətin əhaliyə verib, ala bilmədiyi? Zatən aşağı sürətə görə yüksək ödəniş edirik. Nəyi çatmır “Aztelekon”un? 

“Aztelekom”un qiymət dəyişikliyinə Antiinhisarın icazə verməməsi barədə Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz sosial şəbəkədə məlumat verib. O.Gündüz qeyd edir ki, Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib: 

- Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan “Aztelekom” internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi “ekspertlərin” yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar. Açıq-aşkar görünürdü ki, növbəti qiymət artımı üçün ictimai zəmin hazırlanır. İndi isə məlum olur ki, Antiinhisar təbii inhisarçı olan “Aztelekom”un minimal sürəti və buna uyğun qiyməti artırmaq müraciətinə razılıq verməyib.

O.Gündüz hesab edir ki, Antiinhisarın bu qərarı ədalətli və qanunauyğun, məntiqli bir yanaşmadır. Çünki rəsmi statistika da göstərir ki, hazırda 90%-dən çox istifadəçi elə 100 Mbit/s üzərində “oturub”. Yəni böyük əksər istiafdəçilərin minimal sürəti artırmaq deyə bir tələbatı yoxdur. Provayderlərin hazırda da təklif etdikləri 200 Mbit/s və daha yuxarı sürətlərdən çox cüzi sayda insan istifadə edir: 

- Necə deyərlər, bu dəfə Aztelekom üçün “sürəti artırırıq” arqumenti ilə minimum ödənişi də artırmaq mümkün olmayıb. Xatırladaq ki, 15 avqust 2024-cü ildə ölkədə internet üçün böyük tarif şoku yaşandı. Aztelekom-un təşəbbüsü ilə bütün provayderlər eyni anda minimal qiymətləri qaldırdılar. Minimal internet paketi 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə keçirildi. Aylıq minimum ödəniş o zaman təxminən 40 faiz artırılmışdı. Halbuki rəsmi statistikalar göstərirdi ki, o zaman istifadəçilərin 90%-i məhz həmin 40 Mbit/s sürətindən istifadə edirdi. Daha ucuz paketdən istifadə etmək istəyən vətəndaşlara seçim imkanı verilmədi. Xatırlayıram ki, bölgələrdə o zaman şərikli internetə keçənlər, hətta imtina edənlər də oldu. O zaman Antiinhisar bununla bağlı iş qaldırdı. Antiinhisar bəlkə də Azərbaycanda inhisarçılıq tarixində ilk dəfə olaraq Aztelekom-un bu addımını “kartel sövdələşməsi” olaraq qiymətləndirdi. Təəssüf ki, o zaman Antiinhisarın Xidmət statusunun ləğvi və Agentliyə çevrilməsi ilə bu proses başa çatdırılmadı. 

O.Gündüz qeyd edir ki, məlumatlara görə, internet istifadəçilərindən toplanan həmin vəsaitlər hesabına Azteelekom aylıq dövriyyəsini az qala 100 milyona qədər qaldıra bilib. Yəni həmin “15 avqust” tarif şokundan sonra Aztelekom artıq illik dövriyyəsi milyard manat olan nəhəng bir təbii inhisar subyektinə çevrilib: 

- Bizim mövqeyimiz dəyişməzdir. Bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlığın təmin edilməsi istiqamətində RİNN-in, Aztelekomun səyləri təqdirəlayiq olub. Eyni zamanda, əlbəttə, əlçatanlıqla bərabər yüksək sürətlərə də ehtiyac var. Lakin bu, heç bir halda hamı üçün minimal qiyməti qaldırmaq hesabına olmalı deyil. İstifadəçilərə seçim imkanı verilməlidir. Hər bir ailənin həmin xidmətə hər ay pul ödəyə bilməsi də əlçatanlığın əsas şərtidir. Beləliklə, Antiinhisarın bu dəfə təbii inhisarçı olan Aztelekoma qiymət artımına imkan verməməsi təqdirəlayiqdir. Əminəm ki, asan olmayıb. Əvvəlki artımla bağlı suallar açıq qalsa da, heç olmasa növbəti bahalaşmanın qarşısı alınıb. Buna da şükür. Ümid edirəm ki, bu prinsipiallıq davamlı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri