Icma.az
close
up
RU
Prezident aşpazları dövlət ziyafətlərinin görünməz ADAMLARI

Prezident aşpazları dövlət ziyafətlərinin görünməz ADAMLARI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Siyasətin gizli qapıları arxasında razılaşdırılan hansısa mühüm sövdələşmə bəzən bir yemək masasında da bağlana bilər. Bu masadakı bir yeməyin dadı liderlər arasındakı görüşün nəticəsinə təsir edə, diplomatik münasibətlərin istiqamətini dəyişə bilər.
Modern.az saytı prezident aşpazları və dövlət ziyafətlərindən bəhs edən araşdırma yazısı hazırlayıb.
Dünya liderlərini yalnız müşavirlər, generallar və diplomatlar müşayiət etmir, onların ətrafında görünməz adamlar da olur - prezident aşpazları kimi... Prezident saraylarında çalışan aşpazlar milli təhlükəsizlik, protokol, diplomatiya və yüksək kulinariya ustalığını birləşdirən xüsusi mütəxəssislərdir.

Onların hazırladığı süfrə dövlətin imicini, mədəniyyətini və qonaqpərvərliyini təmsil edir. Dövlət rəhbərləri adından xarici qonaqlara açılan süfrələr xüsusi qaydalarla qurulur. Menyudakı hər yemək, hər ədviyyat seçimi və süfrə düzümü bir mesaj daşıya bilər - “Biz kimik və necə ölkəyik”.
Prezident aşpazları təhlükəsizlik, incəlik və yaradıcılıq arasında balans saxlamalıdırlar. Onlar  həm sənətkar, həm diplomat, həm də etimad göstərilən adamlardır. Eyni zamanda, həm də dövlət başçısının zövqünə, sağlamlığına və təhlükəsizliyinə cavabdehdirlər.  
Araşdırmalara görə, prezident aşpazlarının seçimi uzun və çoxmərhələli prosesdir. Bu seçim zamanı peşəkar təcrübə və bacarıq, milli və beynəlxalq mətbəx bilikləri, psixoloji sabitlik və dözümlülük, gizlilik və etibarlılıq əsas meyarlardır.
Aşpazın şəxsi həyatı, əlaqələri və keçmişi ciddi şəkildə yoxlanılır.


Prezidentlər tez-tez xarici qonaqları qəbul etdiyindən, aşpaz həm öz ölkəsinin mətbəxini, həm də digər xalqların kulinariya xüsusiyyətlərini yaxşı bilməlidir.

Prezident saraylarının baş aşpazının vəzifələri çox mürəkkəbdir:

- Dövlət başçısı və ailəsi üçün gündəlik menyu hazırlamaq;

- Rəsmi qəbullar, dövlət ziyafətləri və xarici səfərlər üçün xüsusi menyular tərtib etmək;

- Dini və sağlamlıq tələblərini nəzərə almaq (məsələn, pəhrizlər, allergiyalar, halal qaydalar və s.);

- Qonaqların mədəni və diplomatik zövqlərinə uyğun yeməklər hazırlamaq;

- Ərzaqların keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etmək – hər məhsulu ciddi yoxlamadan keçirmək;

- Mətbəx personalını idarə etmək, gigiyena və təhlükəsizlik standartlarına əməl olunmasına nəzarət etmək.

Prezident aşpazının mükəmməl kulinariya bacarığı əsas tələb olsa da, bu kifayət etmir. O, həm də məxfiliyi qorumalı – dövlət başçısının şəxsi həyatına aid heç bir məlumatı sızdırmamalıdır. Təhlükəsizlik qaydalarına sadiq olmalı, protokol xidmətləri ilə birgə işləməyi bacarmaldır.

Ağ ev və Yelisey sarayının məşhur aşpazları

ABŞ-da prezidentin aşpazı diplomatik sima hesab olunur. Ağ Evin baş aşpazı bir növ mətbəx naziri sayılır, o, adətən prezident ailəsinin bütün yeməklərinə, həmçinin rəsmi dövlət ziyafətlərinə cavabdeh olur. Ağ evin ən məşhur aşpazlarından biri Filippin əsilli Kristeta Komerford olub. O, 2005-ci ildən 2024-cü ildə təqaüdə çıxana qədər 4 prezidentə - Corc Buş, Barak Obama, Donald Tramp, Co Baydenə xidmət edib.
Fransada Yelisey sarayının aşpazı dövlətin ən prestijli kulinariya vəzifələrindən biridir. Fransa prezidentlərinin mətbəxi dünyanın ən prestijli dövlət mətbəxi sayılır.
Quillaum Qomes 2013–2021-ci illərdə Yelisey sarayının baş aşpazı olub. Onun rəhbərliyi altında Yelisey sarayı həm klassik yeməkləri, həm də yeni nəsil qastronomiyanı birləşdirib.
Keçmiş baş aşpaz Quillaum Qomes Yelisey sarayında 4 prezidentlə işləyib: Jak Şirak, Nikola Sarkozi, Fransua Olland və Emmanuel Makron.
O, 25 il xidmət etdikdən sonra - 2021-ci ildə baş aşpazlıqdan gedib.

Putin xarici qonaqlara hansı yeməkləri təklif edir...
Rusiya prezidentinin aşpazları ciddi təhlükəsizlik yoxlamasından keçən xidmətçilər hesab olunur. Kremlin mətbəxində hər bir məhsul əvvəlcə laborator analizdən keçirilir, çünki zəhərlənmə illərdir real təhlükə kimi qiymətləndirilir.

Araşdırmala görə, prezident Vladimir Putinin aşpazları hərbçilərdir və müxtəlif rütbələrə malikdirlər. Dövlət başçısı üçün hazırlanan bütün xörəkləri həmişə əvvəlcə aşpazlar və mühafizəçilər dadmalıdırlar.
Rusiya lideri “fast food” yemir və axşamlar ətdən uzaq durmağa çalışır. Onun sevimli yeməkləri arasında badımcan qəlyanaltıları, Olivier salatı və ov heyvanlarının qaraciyəri var. Putin adi çay içmir; rəsmi tədbirlər zamanı onun üçün itburnu və zəncəfil çayı hazırlanır. Prezident çox nadir hallarda spirtli içki qəbul edir. Putin sevimli qidaları arasında dondurma xüsusi yer tutur.
Aşpazları Putini səfərlərdə də müşayiət edirlər. Onun aşpazı Vladimir Oleqoviç Federal Mühafizə Xidmətinə bağlı şəxslərin məhdud auditoriyası üçün nəzərdə tutulmuş “Bizim xidmət” filmində deyir: "Lider harada olur-olsun, istər işgüzar səfər, istər tətil, istərsə də özəl mərasim, biz həmişə oradayıq".
Kremlin keçmiş baş aşpazı Anatoli Qalkin xatirələrində yazır: “Bizim işimizdə ən mühüm şey prezidentdən əvvəl dadmaq idi. Hər yeməyin nümunəsini əvvəlcə biz yoxlayırdıq”

Açıqlanan məlumata görə, Rusiya prezidenti adından xarici qonaqlara verilən nahar adətən balıq və ya dəniz məhsulları, tərəvəz qəlyanaltıları ilə başlayır. Aşpazlar onları seçərkən qonaqların hər hansı bir allergiyası, dini inancları və digər xüsusi istəklərini nəzərə almağa çalışırlar.

Rus mətbəxinə xas olan şorbalar ilk yeməklər kimi verilir. Məsələn, Putin Moskvada Şimali Koreya lideri Kim Çen Inı balıq şorbasına, Çin prezidenti Si Cinpini isə ördək borşuna qonaq edib.
Kreml mətbəxinin menyusunda xarici qonaqlara xərçəng, nərə balığı və ya qızılbalıq kimi qeyri-adi içlikli köftələr də tez-tez təklif olunur.


Əsas isti yemək ənənəvi olaraq iki növdə təklif olunur, bunlardan biri həmişə ət tərkiblidir, məsələn, mal əti və ya quzu əti, bəzi hallarda isə dana əti və ya maral əti. Desert üçün qonaqlara hər dəfə müxtəlif giləmeyvə və ya sitrus meyvələrindən hazırlanmış şərbət təklif olunur.

2023-cü ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçidəki işgüzar naharında aşağıdakı menyudan istifadə olunmuşdu:
Hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat; tomat soslu qırmızı kefal balığı; mal ətli xarço supu; göbələk soslu tərəvəzli kefal balığı və qrildə qızardılmış quzu qabırğası.
Desert kimi isə prezidentlərə “quş südü” (“ptiçye moloko”) təqdim olunmuşdu.

Türkiyə liderlərinin damaq dadı
Son 30 ildə Türkiyə siyasətində keçmiş prezidentlər Turqut Özaldan tutmuş Süleyman Dəmirəl, keçmiş baş nazir Bülent Ecevitdən prezident Rəcəb Tayyib Ərdoğana qədər bir çox siyasətçilərə yemək bişirən məşhur aşpaz Zəki Açıköz mətbuata müsahibələrinin birində liderlərin damaq zövqlərindən danışıb.

Onun sözlərinə görə, Türkiyənin 8-ci prezidenti Turqut Özal yeməyi sevən bir lider idi. Qonaq qəbul etməkdən zövq alan Özal əsasən yerli yeməkləri üstün tuturdu.

9-cu prezident Süleyman Dəmirəl yeməkdən zövq alsa da, diqqətli yeyən olmayıb.
"Dəmirəl İsparta mətbəxini çox sevirdi və yeməklər arasında heç bir fərq qoymurdu", - deyə Zəki Açıqgöz bildirib.
O, keçmiş baş nazir Bülent Ecevitin çox da yemək həvəskarı olmadığını, lakin “quru fasulye”ni (bişmiş lobya) çox sevdiyi xatırlayır: "Ecevit bədən quruluşundan da göründüyü kimi, yeməyi sevməzdi, amma quru meyvələrə heç vaxt "yox" deməzdi”.
Zəki Açıgöz bildirib ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan pəhrizinə diqqət yetirən liderdir: "Rizədən olduğu üçün Prezident Ərdoğanın damaq dadı tamamilə Qara dəniz mətbəxinə bağlıdır. Osmanlı mətbəxini və yerli ləzzətləri də sevir. Yayla şorbası və tərəvəz yeməklərini bəyənir. Bununla belə, Ərdoğan nə yediyinə və içdiyinə son dərəcə diqqətlidir".
Zəki Açıközün bişirdiyi yeməklərdən təkcə türk siyasətçiləri deyil, həm də Britaniyanın mərhum Kraliçası Elizabet, ABŞ-ın eks-prezidenti Barak Obama, Rusiya lideri Vladimir Putin kimi dünya liderləri də dadıblar. O, hətta 2008-ci ildə Kraliça Elizabetin Türkiyəyə səfəri zamanı onun üçün türk yeməklərindən ibarət menyu hazırlayıb.
Açıqözün sözlərinə görə, kral ailəsi və səfirlik Kraliça üçün Britaniya menyusu tələb edib, lakin Kraliçanın özü türk yeməklərini dadmaqda israr edib: "Biz o vaxt Kraliça Elizabetin pəhrizinə uyğun desert olaraq sütlaç hazırladıq. Kraliça sütlaçı o qədər bəyəndi ki, saray qaydalarına görə, onunla danışmaq qadağan olunsa da, mənimlə söhbət etdi".
Liderlərin nə yeyib-içdiklərinin böyük maraq doğurduğunu nəzərə alan Z.Açıköz  jurnalist Özcan Yıldırımla birlikdə "Siyasətin süfrəsi" adlı kitab yazaraq, siyasətçilərin damaq zövqlərini təsvir edib.
Azərbaycan mətbəxi yumşaq və mədəni diplomatiya rolunda...
Azərbaycan dünyanın qastronomik baxımdan ən zəngin ölkələrindən biridir. Bu zənginlik Prezident səviyyəsində keçirilən dövlət ziyafətlərində öz ifadəsini tapır. Dövlət ziyafətlərində hazırlanan menyular Azərbaycanın qonaqpərvərliyini, tarixini və kimliyini dünyaya nümayiş etdirmək üçün diqqətlə tərtib olunur.
Azərbaycan Prezidenti tərəfindən təşkil edilən rəsmi qəbulların menyusu, adətən, klassik milli yeməklərlə beynəlxalq mətbəxin harmoniyasına əsaslanır. Məqsəd həm yerli dadları tanıtmaq, həm də qonaqların fərqli zövqlərinə uyğun balans yaratmaqdır.


Azərbaycan Prezident Administrasiyasının aşpazları haqqında geniş ictimai məlumat açıqlanmır, çünki bu sahə təhlükəsizlik və məxfilik çərçivəsində idarə olunur. Amma onların işi də digər ölkələrdəki kimi yüksək standartlara əsaslanır:
- Milli mətbəxi beynəlxalq səviyyədə təqdim etmək;
- Diplomatik qəbul və dövlət qonaqlıqları üçün estetik, milli elementləri olan menyular hazırlamaq;
- Halal qaydalara riayət etmək və s.
Xarici dövlət başçılarının ölkəmizə səfərləri zamanı təqdim olunan menyuda adətən Azərbaycan mətbəxinin məşhur təamları -
soyuq qəlyanaltı kimi badımcan ruleti, qutab, kükü, dovğa, xiyar-pomidor salatı, pendir növləri;
isti yeməklər kimi dolma (üzüm yarpağında və digərləri), piti və ya lülə kabab, toyuq ləvəngisi, təndir kababı, plov növləri;
desertlərdən paxlava, şəkərbura, qoğal, halva və mövsümə uyğun meyvələr;
içkilərdən Azərbaycan çayı, nar şirəsi, yerli mineral sular, yerli şərab növləri təqdim olunur.
Eyni zamanda, süfrəyə dünya mətbəxindən nümunələr də düzülür.

2009-cu ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının sammitində qonaqlara “sac qovurma” və “dovğa” təqdim olunmuşdu.

2012-ci ildə “Eurovision” müsabiqəsi zamanı paytaxtda keçirilən beynəlxalq tədbirlərdə qonaqlara Azərbaycan mətbəxindən mini-dolmalar, lavaş ruletləri və balıq kababı verilmişdi.

2024-cü ildə Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşa səfərində İlham Əliyevlə birgə nahar etmişdi. Nahar menyusu Lukaşenkonun mətbuat xidməti tərəfindən açıqlanmışdı. Məlum olmuşdu ki, menyuda Şuşa mətbəxinin nümunələri də olub:

Tərəvəz/pendir assorti, qatıq-aş (Şuşa mətbəxi), nərə balığı ləvəngisi, kükü, vələs yarpağında pip dolma, soğanda qızardılmış toyuq, sacda mal əti, təndirdə quzu kababı, assorti kabab, boyana plov (Şuşa mətbəxi), daşma plov, panna-kotta (İtaliyan şirniyyatı, şəkərsiz), milli şirniyyatlar.


Azərbaycandakı dövlət ziyafətlərində diqqət təkcə yeməyə deyil, süfrə mədəniyyətinə və təqdimata da yönəldilir. Süfrələrdə əsasən Şəki ipəyi və ya qızılı bəzəkli naxışlı örtüklərdən istifadə olunur.

Qab-qacaq çox vaxt Azərbaycan milli motivləri ilə bəzədilmiş xüsusi kolleksiyalardan seçilir.

Çay mərasimi ziyafətin ayrılmaz hissəsidir – armudu stəkan və qızılgül mürəbbəsi prezident qəbullarının ən sevilən simvoludur.

Azərbaycan mətbəxi dövlət səviyyəsində yumşaq və mədəni diplomatiya aləti hesab olunur. Burada dolmadan paxlavaya qədər hər yemək, qızılgül mürəbbəsindən armudu stəkanadək hər detal bir mesaj daşıyır: Azərbaycan həm dadların, həm mədəniyyətin ölkəsidir.


Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri