Prezident: Azərbaycan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır.
“Report”un məlumatına görə, bu fikirlər Prezident İlham Əliyevin Roma Papası Fransiskə ünvanlandığı təbrik məktubunda əksini tapıb.
Dövlət başçısı qeyd edib ki, yüz illər boyu Azərbaycanda məskunlaşıb vahid ailə kimi yaşayan xristian vətəndaşlar Vətənlərinin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində yaxından iştirak edərək doğma ölkəmizin rifahına böyük töhfələr verirlər.
“Ərazimizdə mövcud olan qədim xristian irsi, məbədlər, kilsələr və digər ibadət yerləri, məscidlər və sinaqoqlar kimi eyni səviyyədə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Ölkəmiz eyni zamanda dünya mədəni irsinin incilərindən sayılan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir”, - Prezident vurğulayıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 23 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















