Icma.az
close
up
RU
Prezident: Azərbaycanın Ukraynadakı səfirliyinə üç dəfə hücum edilib

Prezident: Azərbaycanın Ukraynadakı səfirliyinə üç dəfə hücum edilib

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb, eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyinə üç dəfə hücum edilib”.

Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.

Dövlət başçısı bildirib ki, bu məsələ Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları səviyyəsində rəsmi şəxslər arasında keçirilən çoxsaylı təmaslar zamanı dəfələrlə qaldırılıb.

“Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb, eyni zamanda üç dəfə Azərbaycanın Ukraynadakı səfirliyinə hücum edilib. Birinci hücumdan sonra bunun təsadüfən baş verdiyini düşünə bilərdik. Biz rusiyalı tərəfdaşlarımıza Azərbaycanın bütün diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq şöbəsinin, mədəniyyət mərkəzlərimizin və səfirliyin dəqiq koordinatlarını təqdim etdik. Buna baxmayaraq, daha iki hücum baş verdi. Bu isə Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı qəsdən həyata keçirilmiş hücum deməkdir. Biz xüsusi bəyanatlar yaydıq, səfir dəvət olundu və diplomatik nota təqdim edildi. Biz yalnız diplomatik yollarla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin bu, təbii ki, Azərbaycana qarşı qeyri-dost münasibət kimi qiymətləndirilən bir haldır. Bildirmək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən bütün zəruri diplomatik addımlar atılıb”, – deyə Prezident vurğulayıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Fevral 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri