PREZİDENT DAHA BİR QURUMU LƏĞV ETDİ Bu təşkilatlar Holdinqin tabeliyinə veridl (SİYAHI)
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi, bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Korporasiyanın aşağıdakı müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:
- “Azərbaycan alüminiumu” ASC;
- “Azəralüminium” MMC;
- “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC.
Nazirlər Kabineti Korporasiyanın və onun tabeliyindəki digər müəssisələrin ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görməli, normativ hüquqi aktlarda dəyişiklik edilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində dövlət başçısına təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Korporasiyanın və onun tabeliyindəki digər müəssisələrin əmlakı ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Prezidentə təqdim etməlidir.
Baxış sayı:143
Bu xəbər 27 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















