Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Prezident Ersin Tatar: “Türkiyəyə “işğalçı” demək, tarixi təhrif etmək və həqiqətləri saxtalaşdırmaqdan başqa bir şey deyil”

Prezident Ersin Tatar: “Türkiyəyə “işğalçı” demək, tarixi təhrif etmək və həqiqətləri saxtalaşdırmaqdan başqa bir şey deyil”

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident Ersin Tatar bildirib ki, “Türkiyəyə işğalçı demək, tarixi təhrif etmək və həqiqətləri saxtalaşdırmaq deməkdir”. O, Kıbrısda sülh və sabitliyi təmin edən Türkiyənin varlığının adanın sabitliyinin təminatı olduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidentliyin yaydığı açıqlamaya görə, Avropa Parlamenti və ELAM Partiyasının üzvü Geadis Geadinin Kopenhagda keçirilən konfransda Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akara qarşı yönəltdiyi fikirlərə cavab olaraq Prezident Tatar bildirib ki, Türkiyənin 20 iyul tarixindəki müdaxiləsi yalnız Kipr türklərinə deyil, yunan toplumuna da sülh və azadlıq gətirib.

Tatar səsləndirilən əsassız və təxribat xarakterli ittihamların yunan tərəfinin “ayrımçılığa əsaslanan köhnəlmiş düşüncə tərzinin məhsulu” olduğunu qeyd edərək, 1974-cü il Sülh Hərəkatının Türkiyənin beynəlxalq müqavilələrdən irəli gələn zəmanətçilik hüququ çərçivəsində və Yunanıstandakı hərbi xunta tərəfindən dəstəklənən faşist EOKA çevrilişinə qarşı həyata keçirildiyini xatırladıb.

Prezident Tatar açıqlamasında: “Həmin gün atılan addım, Kipr türk xalqının can təhlükəsizliyini, mövcudluğunu və şərəfini qorumaq məqsədi daşıyan haqlı və qanuni bir müdaxilə idi. 15 iyul 1974-cü il çevrilişi ilə məqsəd, Kipri Yunanıstana birləşdirmək və Kipr türklərinin tarixi varlığını məhv etmək idi. Türkiyənin 20 iyulda həyata keçirdiyi müdaxilə beynəlxalq hüquq baxımından tamamilə qanuni olub, yalnız xalqımıza deyil, yunan toplumuna da sülh və azadlıq gətirmişdir”, - deyə qeyd edib:

Tatar bildirib ki, 1974-cü il Sülh Hərəkatından bu günə qədər adada birbaşa silahlı toqquşma baş verməyib, davamlı atəşkəs və sülh mühiti təmin olunub. “Bu gün adada 50 ildir davam edən əmin-amanlıq, Türkiyənin atdığı qanuni və tarixi addımın nəticəsidir. Bütün bunlara baxmayaraq, Türkiyəyə işğalçı demək, tarixi təhrif etmək və həqiqətləri saxtalaşdırmaqdan başqa bir şey deyil,” – deyə o vurğulayıb.

Prezident Tatar, siyasəti yunan liderin mövqeyi ilə üst-üstə düşən ELAM Partiyasının ifrat sağçı, irqçi və nifrət dolu ritorikaya əsaslanan bir quruluş olduğunu qeyd edərək, belə bir quruluşun Avropa dəyərləri ilə uyğun gəlməsinin mümkün olmadığını bildirib: “Avropa ailəsi öz prinsipləri baxımından irqçiliyi, xarici düşmənçiliyi və nifrət dilini rədd etməlidir. Lakin ELAM kimi ifrat kəsimlərin ritorikası, Aİ-də bəzi çevrələrdə hələ də əks-səda tapmaqdadır. Bu isə Aİ-nin nüfuzu baxımından da problem yaradır”, - deyə qeyd edib.

Tatar, Kipr türk tərəfinin və zəmanətçi Türkiyənin yarım əsrdən artıqdır ki, dialoq, diplomatiya və uzlaşma yolunu müdafiə etdiyini; dəfələrlə danışıqlar masasına oturulduğunu və Kipr türk xalqının hüquq və maraqlarını qoruyan təkliflər irəli sürüldüyünü xatırladıb: “Lakin Annan Planını rədd etməsinə baxmayaraq, Aİ-yə üzv qəbul edilən yunan administrasiyası, daim qeyri-konstruktiv və birtərəfli mövqeyini davam etdirmişdir”, - deyib

Tatar əlavə edib ki, bu gün yeni və rəsmi bir prosesin başlamamasının əsas səbəbi, yunan tərəfinin Kipr türklərinin suveren bərabərliyini və bərabər beynəlxalq statusunu qəbul etmək istəməməsidir. O bildirib ki, yunan tərəfi guya “Kipr Respublikası” adı altında beynəlxalq cəmiyyət və Aİ tərəfindən yaradılan rahatlıq zonasından imtina etmək istəmir.

“Mənim baxışım artıq yeganə realist yol olan – iki dövlətin əməkdaşlığına əsaslanan, suveren bərabərliyin və beynəlxalq status bərabərliyimizin təsdiq edildiyi yeni və rəsmi bir prosesə keçid edilməsidir” – deyə Tatar bildirib. O əlavə edib ki, federasiya əsasında həll yolları dəfələrlə sınaqdan keçirilmiş, uğursuzluğu sübuta yetirilmiş və artıq bu yol tükənmişdir.

Prezident Tatar, Türkiyəyə “işğalçı”, ŞKTC-yə isə “işğal olunmuş bölgə” damğası vuraraq hər hansı bir həll platforması qurmağın mümkün olmadığını vurğulayaraq bildirib: “Kipr məsələsində ədalətli və daimi həll yalnız mövcud reallıqlar üzərində inşa edilə bilər. Bu reallıqların başında isə Kipr türk xalqının öz suveren dövlətinə sahib olduğu, suveren bərabərlik və bərabər beynəlxalq status hüququndan əsla imtina etməyəcəyi gerçəyi durur”,- deyə prezident bildirib

Sonda Prezident Tatar ana vətən Türkiyənin Kiprdə sülhün təminatçısı olduğunu bir daha vurğulayıb və bildirib ki, ədalətli və daimi həllin yolu, yunan tərəfinin bərabərlik prinsipini qəbul etməsindən və dünya qarşısında tarixi həqiqətlərlə üzləşməsindən keçir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri