Prezident evini satdı: Artıq evim yoxdur!
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreya Prezidenti Li Çye Myon yeganə mənzilini satdığını və artıq şəxsi evinin olmadığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, prezident Seul yaxınlığındakı Sonnam şəhərində yerləşən yeganə mənzilini fevral ayında daşınmaz əmlak bazarının sabitləşdirilməsi siyasətinə ictimai etimadı artırmaq məqsədilə satışa çıxarıb.
Myon hökumətin mənzilini özü istifadə etməyən mülkiyyətçiləri evlərini satmağa təşviq etdiyini xatırladaraq, Nazirlər Kabinetinin iclasında "artıq evim yoxdur” deyib.
Qeyd edək ki, hazırda Li Çye Myon həyat yoldaşı ilə birlikdə Seulda rəsmi prezident iqamətgahında yaşayır.
Bu mövzuda digər xəbərlər:Artıq şəxsi evim yoxdur Cənubi Koreya Prezidenti
15 İyul 2026 23:55
Ronaldo artıq prezident olmaq istəmir
18 Mart 2025 20:22
Kifayətdir, artıq sülh şəraitində yaşamalıyıq Prezident
19 İyul 2025 23:28
Qafqazda artıq sülh dövrü başlayıb Prezident
15 Sentyabr 2025 18:18
Qurban Qurbanov: Prezident artıq mövqeyini bildirib
22 Yanvar 2026 09:53
Baxış sayı:114
Bu xəbər 15 İyul 2026 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















