Icma.az
close
up
RU
Prezident Hakan Fidanı qəbul etdi YENİLƏNİB KONKRET

Prezident Hakan Fidanı qəbul etdi YENİLƏNİB KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İyulun 5-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

KONKRET.az xəbər verir ki, Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev ona fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana dövlət səfərini ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin nümunəsi kimi qiymətləndirib.

Təbrikə görə minnətdarlığını bildirən Hakan Fidan həm çalışdığı əvvəlki vəzifələrdə, həm də hazırda xarici işlər naziri kimi Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinin inkişafını daim rəhbər tutduğunu qeyd edib, Türkiyənin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvət olunmasına görə təşəkkürünü bildirib.

Türkiyənin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə dövlət başçısını təbrik edib və bununla da ölkəmizin çox önəmli prosesə rəhbərlik etdiyini vurğulayıb.

Dövlət başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının təsisatlanması prosesində ölkəmizin gördüyü işlər, həmçinin sədrlik prosesi barədə məlumat verib.

Söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə danışıb.

Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik zəminində, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin daim bir-birinin yanında olduqları qeyd edilib.

***

12:12

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Yanvar 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri