Prezident İlham Əliyev Albaniyanın Baş naziri ilə görüşdü Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, görüşdə əvvəlcə SOCAR, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və "Albgaz” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. SOCAR-ın həyata keçirəcəyi bu layihə Albaniyanın Korça şəhərində kömürdən və oduncaqdan istifadənin qarşısını alaraq dekarbonizasiya prosesinə ciddi töhfə verəcək və beləliklə, bu, dekarbonizasiyaya xidmət edən layihə olacaq.
Söhbət zamanı Albaniyanın Baş naziri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevə dolğun və məzmunlu çıxışına görə təşəkkür etdi.
Azərbaycan ilə Albaniya arasında münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq bildirildi, əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirildi və təqdir olundu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 12 Noyabr 2024 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















