Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Prezident İlham Əliyev dünyanın qlobal liderlərindən biri kimi qəbul olunur ŞƏRH

Prezident İlham Əliyev dünyanın qlobal liderlərindən biri kimi qəbul olunur ŞƏRH

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artmasını şərtləndirdi. Yəni hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir.

Xüsusilə qeyd edək ki, Prezident İlham Əliyevin artan qlobal nüfuzu bir tərəfdən Azərbaycanın strateji mövqeyini möhkəmləndirərkən, digər tərəfdən onun liderlik keyfiyyətlərini və diplomatik bacarıqlarını önə çıxarır. Qarabağ zəfəri həm də Azərbaycanın gücünü və müstəqil xarici siyasətini daha geniş qlobal səviyyədə tanıtdı və bu dövr ərzində Azərbaycanın Qərb və Şərq ölkələri ilə diplomatik əlaqələri daha da dərinləşdi. Azərbaycanın BMT, ATƏT, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarda fəal iştirakı onun qlobal siyasətdəki rolunu artırır. Azərbaycanın bu təşkilatlarda mövqeyi onun həm regional, həm də qlobal məsələlərə təsir göstərən bir ölkə olduğunu göstərir. Azərbaycanın qlobal mövqeyi onun enerji siyasəti, diplomatik əlaqələri, regional gücü və beynəlxalq təsiri ilə möhkəmlənir. Bu həm Azərbaycanın iqtisadi və siyasi gücünü artırır, həm də onu dünya miqyasında mühüm bir oyunçuya çevirir.

Yeri gəlmişkən, qeyd edək ki, təkcə son illərdə Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirsək, aydın şəkildə görərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlə strateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır. Ölkəmizin mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avro-Atlantik məkana inteqrasiya olunan bir ölkədir. Bütün bu uğurların yeganə səbəbi, əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir. Azərbaycana rəhbərlik etdiyi 22 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, mövcudluğu tarixində ölkəmiz heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bu gün Prezident İlham Əliyev şəxsiyyətinə, liderliyinə geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, ümumiyyətlə, dünya miqyasında tanınan, qlobal liderliyi etiraf olunan böyük şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud qlobal problemlərin həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü təşəbbüsləri, mühüm təklifləri göstərmək olar.

Onu da qeyd edək ki, dünyanın ən güclü dövləti sayılan ABŞ-nin Prezidenti Donald Tramp kimi şəxsin Azərbaycan Prezidentinin III Şuşa Qlobal Forumundakı çıxışını "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşması da deyilənlərin təsdiqidir. Avqust ayının 8-də Vaşinqtonda keçirilən ABŞ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə Donald Trampın İlham Əliyevə xitabən "Siz böyük lidersiniz" ifadəsini işlətməsi bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti dünyanın qlobal liderlərindən biri kimi qəbul olunur. Bu fikirlər həm də Azərbaycana, onun müdrik rəhbərinə verilən ən yüksək dəyər və qiymətdir. Ümumiyyətlə, Vaşinqton səfərinin nəticələri və regionumuzda davamlı sülhün təmin olunması üçün görülən işlər, İlham Əliyevin sülh prosesində liderliyi regionumuzu yeni müharibələrdən xilas etdi. Bəllidir ki, regionumuzu müharibələrə sürükləməyə çalışan şər qüvvələr var. Amma İlham Əliyev müharibədə qələbəni təmin edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək uğurla sülh gündəliyini də reallaşdırdı. Bu, regionumuzu, ölkəmizi yeni bəlalardan xilas etmək deməkdir.

ABŞ Prezidenti Donald Trampın "İlham Əliyevlə işləmək şərəfdir" bəyanatı onun liderliyinin beynəlxalq legitimliyinin ABŞ səviyyəsində rəsmən təsdiqidir. Bu, İlham Əliyevin regional təhlükəsizlik memarı kimi qəbul edildiyini göstərir. İlham Əliyev həm hərbi mərhələdə, həm də post-konflikt diplomatiyasında həmin modelin uğurlu tətbiqini nümayiş etdirdi. Hazırda Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik dövlətdir. Etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulmasına, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. Regionun lider dövləti olan Azərbaycan bu gün dünya miqyasında sözünü deyən ölkələrdən biridir. Dünyanın kosmik ölkələr ailəsinin üzvü olan Azərbaycanın bu gün orbitdə 3 peyki mövcuddur.

Ən əsası, Prezident İlham Əliyev qlobal transmilli layihələrin müəllifi, təşəbbüskarı kimi Azərbaycanı "Şərq-Qərb", "Şimal-Cənub", Orta dəhliz kimi mühüm beynəlxalq nəqliyyat-tranzit layihələrinin fəal iştirakçısına çevirib. Onun müəllifi olduğu transmilli layihələr regionda tamamilə yeni mənzərə yaradıb. Azərbaycan Avropanın enerji xəritəsini yenidən tərtib edib.

Aqif HÜSEYNOV,

YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Avqust 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri