Icma.az
close
up
RU
Prezident İlham Əliyev: Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir

Prezident İlham Əliyev: Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında bildirdi ki, erməni faşizmi Azərbaycanın bölgələrini daim işğal altında saxlamaq istəyirdi və onların arxasında duran bəzi xarici dövlətlər Ermənistan hakimiyyəti ilə həmrəy idilər: “Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız”.

Dövlətimizin başçısının Ermənistanın işğalçı mövqeyi ilə bağlı “erməni fazişmi” ifadəsini növbəti dəfə dilə gətirməsi adi məsələ sayıla bilməz və bu məqamı nə üçün qabartdığımıza aydınlıq gətirəcəyik. Hələlik isə bildirək ki, Prezident İlham Əliyev ilk dəfə 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradındakı çıxışı zamanı bildirmişdi ki, “erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Azərbaycanın dəmir yumruğu yenə onların belini qıracaq”.

Ölkəmizin lideri 2022-ci ilin yanvarında AZƏRTAC-a müsahibəsində “elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın” fikrini dilə gətirmişdi. Prezident İlham Əliyev 2025-ci ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Ermənistanı “faktiki olaraq faşist dövləti” adlandırmış və əlavə etmişdir ki, faşizm ya Ermənistan rəhbərliyi tərəfindən məhv edilməlidir, ya da onu Azərbaycan məhv edəcək. “Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir” fikrini isə dövlətimizin başçısı bu ilin martında Ağdamın Sarıcalı kəndində səsləndirmişdi. Nəzərə alaq ki, cənab Əliyevin bütün sözləri reallıqla dərin fiksasiya təbiətinə malikdir.

***

Baş nazir Nikol Paşinyan İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə bağlı təbrik mətnində bildirib ki, savaş Almaniyada və ona müttəfiq olan bir sıra digər ölkələrdəki nasist (faşist) ideologiyası səbəbindən başlamışdı və sözügedən ideologiyanın mahiyyəti bir millətin və ya millətlər qrupunun digərinə qarşı üstünlüyünü irəli sürmək idi. Bir çox xalqlar və dövlətlər birləşərək bunun əksini sübut etdilər və qələbə qazandılar. Məsələ ondadır ki, Ermənistan Azərbaycana qarşı məhz faşist siyasəti həyata keçirib. Əslində, bu, erməni cəmiyyətinin marginallaşmasından qaynaqlanır.

Marginallaşmada faşizm elementlərinin mövcudluğunu sübuta yetirməyə ehtiyac yoxdur. Məsələ ondadır ki, özünü üstün tutmaq istəyən, Azərbaycan xalqını heçə sayan ermənilər olub və bu xarakter torpaqlarımızın işğalı reallığını doğurub. Dövlətimizin başçısının da bildirdiyi kimi, 44 günlük müharibə erməni faşizminə sarsıdıcı zərbə vurdu. Ancaq bu faşizmin tamamilə aradan qalxdığını söyləmək olmaz. Birincisi, elə həmin Paşinyan administrasiyası Azərbaycanla sülhdən uzaq mövqe tutur və ölkəmizin barış sazişinin imzalanması üçün irəli sürdüyü şərtləri qəbul etmir. İkicisi isə Ermənistanda hələ də revanşist və şovinistlər at oynadırlar. Erməni cəmiyyətində bu xəstə düşüncə sahiblərinin tərəfdarları var, onların təmsilçiləri hətta ölkə parlamentində mandat sahibidirlər. Söhbət Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın nümayəndələrindən gedir.

Qeyd edək ki, bu iki məxluq da 9 may faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı erməni xalqına təbrik ünvanlamışdı. Xüsusən, Sarkisyanın təbriki özünün miqyası və aqressiv subliminalizmi baxımından diqqət çəkmişdi. O da bütün Ermənistanın katolikosu II Qaregin kimi 9 may tarixi fonunda təcavüzkar ritorikanı gündəmə gətirmişdi: “İllərdir ki, əziz 9 may tarixini üçqat bayram kimi qeyd edirdik. Təəssüflər olsun ki, son onilliklərdə qazandığımız şanlı qələbələrimizin sübutu olan bu bayramlardan ikisi – Şuşinin azad edilməsi və Artsaxın Müdafiə Ordusunun yaradılmasının ildönümü Ermənistanın mövcud antimilli siyasətçilərinin itkiləri ucbatından əldən gedib. Bizim şanlı qələbələrimiz oldu və bu qələbələr gələcək nəsilləri yeni cəsarətli işlər görməyə, zəfər bayramlarımızı bərpa etməyə səsləyir”.

Tam aydındır ki, Xocalı cəlladı olan Sarkisyan bu fikirləri ilə erməni cəmiyyətində revanşist baxışları aşılayır, qədim şəhərimiz Şuşanı yenidən işğal etməkdən dəm vurur. Məlumdur ki, Şuşanın işğalı təkcə bir şəhərimizin qəsbi deyildi. Ondan sonra biz neçə-neçə işğallara şahidlik etdik. Bu yerdə Prezident İlham Əliyevin Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışı zamanı səsləndirdiyi daha bir fikri yada salaq: “Otuz iki il ərzində bir çox hadisələr baş vermişdir. Ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir”.

S.Sarkisyanın Azərbaycan torpaqlarının işğalı ilə bağlı vaxtilə dilə gətirdiyi “biz öz işimizi gördük, bizdən sonra gələn nəsillər də öz işlərini görməlidirlər” fikrinin mövcudluğunu nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, avantürizmə söykənmiş erməni faşizmi Qarabağla kifayətlənməyəcəkdi. Vaxtilə İrəvanla, sonra Göyçə və Zəngəzurla kifayətlənmədiyi kimi. Deməli, ulu öndər Heydər Əliyev 1994-cü ildə atəşkəsə nail olmaqla belə bir qorxunc ssenarinin qarşısını almışdı.

Digər tərəfdən, erməni faşizminin azərbaycanlıları Kür çayınadək qovmaq planlarının olduğunu, məsələn, Gəncə kimi qədim şəhərimizi “Qanzak” adlandırdıqlarını bilirik. Sarkisyanın vaxtilə dediyi sözlərdən isə belə çıxmışdı ki, gələcək erməni nəsilləri Azərbaycanın yerdə qalan ərazilərini işğal etməli imişlər. Üstəlik, bu Xocalı cəlladının “Qərbi Ermənistan” deyib Türkiyə torpaqlarına da göz dikdiyi kimsəyə sirr deyil.

Sonda qeyd edək ki, N.Paşinyan 9 may təbrikinin sonunda Azərbaycanla sülhün mütləq əldə olunacağından söz açmış, gəlişigözəl beynəlmilləl notlu barış “zəngulələri vurmuşdur”. Bu, həmin Paşinyandır ki, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vermiş, onun o zamankı müdafiə naziri isə “yeni ərazilər uğrunda yeni müharibə” şüarını səsləndirmişdi. Deməli, Nikol və tərəfdarları mahiyyətcə nə Sarkisyandan, nə də Koçaryandan geri qalırlar.

Hesab edirik ki, erməni faşizmi canını tapşırmayıb. Hesab edirik ki, məcburən düz yola gətirdiyimiz Paşinyan administrasiyası qarşıdakı müddətdə sülh yolunda səmimi olmaq istəyirsə, bunun daha bir xoş niyyəti kimi Xocalı cəlladları olan Sarkisyanı və Koçaryanı Azərbaycana təhvil verməlidir. Bu məxluqlar da ərazilərimizdə çoxsaylı cinayətlərdə ittiham olunan ermənilər kimi Bakıda məhkəmə qarşısında dayanmalıdırlar. Ermənistan Cənubi Qafqaz coğrafiyasında mövcud olmaq istəyirsə, faşizmi yox etməlidir.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see238

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see163

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see154

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see153

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see142

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see139

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see137

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see123

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see123

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see122

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see121

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri