Icma.az
close
up
RU
Prezident İlham Əliyev: Erməni faşizmi məhv edilməlidir!

Prezident İlham Əliyev: Erməni faşizmi məhv edilməlidir!

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi istər ölkəmizdə, istərsə də qlobal arenada maraqla izlənildi. Dövlətimizin başçısı ölkəmizin siyasi, iqtisadi gündəliyini, eyni zamanda Azərbaycanın sosial sahədəki addımlarını, Qarabağın bərpasını və digər aktual məsələləri şərh edərək vacib nüanslara toxundu. Azərbaycan lideri həm də dünyada baş verən geosiyasi prosesləri dəqiq təhlil etməklə ölkəmizin mövqeyini nümayiş etdirdi, əhəmiyyətli mesajlar ünvanladı, mühüm siyasi bəyanatlar verdi. Prezident bir daha ölkəmizin yaxın-uzaq ölkələrlə münasibətlərinin hazırkı durumuna və əlaqələrimizin gələcəyinə dair münasibətini açıqladı. Xüsusilə də dövlət başçısının dünyaya öz idbar siyasətini qəbul etdirməyə çalışan və buna görə beynəlxalq sistemi təhdidlərlə üzləşdirən Qərbin üzləşdiyi hazırkı vəziyyətə verdiyi qiymət böyük maraq doğurur. İkinci Dünya müharibəsindən sonra yaradılmış sistemin artıq öz potensialını itirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev əlavə etdi ki, bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və digər hadisələr təsdiqləyir. 

Heç kimə sirr deyil ki, bir çox ölkələrə öz siyasi iradəsini sırımağa çalışan Qərbin aparıcı ölkələrində ümumi siyasi və mənəvi atmosfer ürəkaçan deyil. İdeoloji müflisləşməyə məruz qalan “Qoca qitə” düşdüyü təhlükəli vəziyyətdən çıxmağa çalışır, ancaq bunu edərkən daha kobud geosiyasi səhvlərə yol verir. Məhz mövcud reallıqdan çıxış edərək cənab Prezident birmənalı şəkildə aparıcı Qərb ölkələrinin siyasi və mənəvi böhranla üzləşdiyini vurğuladı. Dövlət başçısı bu qiymətləndirmədə tək olmadığını, Qərbdə yaranmış vəziyyətin aparıcı dövlət liderləri tərəfindən də tənqid edildiyini xatırlatdı. Prezident İlham Əliyev bu tənqidin ədalətli olduğunu xüsusilə vurğuladı, ona görə ki, Qərb sistemi özünü tükəndirmişdir. Bu tükənmə özünü demək olar ki, bütün sahələrdə göstərir. Yeni müstəmləkəçilik siyasətinin davam etdirilməsi də buna sübutdur. 

Müsahibəsində Prezident qəti şəkildə bildirdi ki, müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır, müasir dünya reallıqları məhz bunu diqtə edir.

Prezident İlham Əliyev müsahibəsində ermənidən daha çox erməni olmağa çalışan fransızların, daha doğrusu, Yelisey sarayında məskunlaşan siyasi rəhbərliyin anti-Azərbaycan siyasətindən də danışdı. Dövlət başçısı Azərbaycan-Fransa münasibətlərinin real vəziyyəti və gələcəyi barədə  maraqlı açıqlamalar da verdi. Azərbaycan lideri diqqətə çatdırdı ki, son bir neçə ay ərzində rəsmi Bakı Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alır. Parislə təmaslara hazır olduğunu, ancaq dialoqun ancaq Bakıda baş tutacağının mümkünlüyünü bildirməklə Prezident İlham Əliyev prinsipial mövqeyini ortaya qoydu. Bu, əlbəttə, güclü liderin, müstəqil xarici siyasət yürüdən dövlət rəhbərinin sarsılmaz iradəsinin təcəssümüdür! 

Azərbaycan uzun illər davam edən erməni separatçılığının kökünü kəsdi. 44 günlük müharibədə otuz illik erməni işğalına son qoydu. Bütün vəhşiliklərinə baxmayaraq rəsmi Bakı ermənilərə sülh gündəmini təklif etdi. Ancaq Azərbaycanın xeyirxahlığından istifadə edən Ermənistan rəhbərliyi müxtəlif bəhanələr gətirərək, Bakının haqlı tələblərini qəbul etməyə tələsmir. Regionu öz geosiyasi ambisiyalarına tabe etdirmək istəyən Qərbin bəzi ölkələrinin hərbi və maliyyə yardımını alaraq sürətlə silahlanma yolunu tutan rəsmi İrəvan İkinci Qarabağ müharibəsinin nəticələrini reviziya etməyə can atır. Son zamanlar isə Ermənistanda revanşizm əhval-ruhiyyəsinin güclənməsi erməni faşizminin hələ də “diri” olduğunu göstərir. Əlbəttə, belə bir hal Azərbaycanı narahat etməyə bilməz. Buna görə də, Prezident İlham Əliyev bir daha Ermənistana aydın şəkildə sərt mesaj ünvanlandı: Azərbaycanın səbrilə oynamayın və erməni faşizmi məhv edilməlidir! Dünyanın bir çox mətbuat orqanlarında da geniş yer verilən bu mesajlara ermənilərin diqqətlə qulaq asmaları zəruridir. Prezidentin bəyan etdiyi kimi, əks təqdirdə, Azərbaycanın özü erməni faşizminə son qoyacaq!  Cənubi Qafqazda davamlı sülhün, əməkdaşlığın bərqərar olmasının vacibliyinə toxunan dövlətimizin başçısının fikri qətidir, Zəngəzur dəhlizi açılmalıdır! Ölkəmizin ərazi bütövlüyünün tək təminatçısı olan Prezident İlham Əliyevin ən böyük gücü xalqa bağlıdır. Onun yürütdüyü siyasət bütöv bir xalqın istəyidir və bu siyasətin arxasında xalq dayanır.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri