Prezident İlham Əliyev: Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Bizim hərbi əməliyyatların aparılması üslubumuz onu göstərdi ki, imkanlarımız çox yüksək səviyyədədir. Biz qisas almağa çalışmırdıq, hərçənd, başa düşmək olardı ki, illər ərzində biz işğalın qurbanı olmuşduq
Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.
“Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər. Ona görə də mən hesab edirdim ki, biz döyüş meydanında qisas alacağıq və döyüş meydanından kənarda normal insan davranışına və müharibə qaydalarına zidd olan heç bir əməl törətməyəcəyik”, - deyən dövlət başçısı müharibənin bütün beynəlxalq qaydalara uyğun olaraq aparıldığını və bütün mütəxəssislərin bunu yüksək qiymətləndirdiklərini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Aprel 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















