Icma.az
close
up
RU
2008 ci il böhranından daha pis: ABŞ da maliyyə fəlakəti barədə xəbərdarlıq

2008 ci il böhranından daha pis: ABŞ da maliyyə fəlakəti barədə xəbərdarlıq

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2008-ci ilin maliyyə böhranını dəqiq proqnozlaşdırması ilə məşhurlaşmış amerikalı iqtisadçı Piter Şiff yaxınlaşan ABŞ maliyyə fəlakəti barədə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Clash Report" yazıb.

"Dünya hazırda sözün əsl mənasında ABŞ-ın ayaqları altındakı xalını çəkir. Dollar çökməkdədir. Onun yerini qızıl tutacaq. Mərkəzi banklar qızıl alır və dollarları satırlar. Biz yenidən iqtisadi böhrana doğru irəliləyirik - elə bir böhran ki, 2008-ci ilin maliyyə böhranı bunun yanında sanki uşaq oyunudur", deyə iqtisadçı bildirib.

Şiff vurğulayıb ki, bu qlobal maliyyə böhranı olmayacaq, məhz ABŞ böhranı olacaq, qalan dünya isə bununla hətta qazanc əldə edəcək:

"Şar - dollardadır. Şar - ABŞ iqtisadiyyatındadır. Qızıl və gümüş daha dərin böhran barədə xəbərdarlıq edir, bu böhran ya ilin sonuna, ya da gələn ilə təsir edə bilər. Biz ABŞ dollarının böhranına doğru irəliləyirik".

O əlavə edib ki, bu ABŞ iqtisadiyyatına və hökumətin dövlət maliyyəsini idarəetmə qabiliyyətinə etimadsızlıq səsverməsidir: "Qızılın "tavanı" yoxdur, çünki dolların "ayı" yoxdur".

28 yanvarda ABŞ dolları dörd illik minimuma enib. Bu, prezident Donald Trampın son zamanlar dolların zəifləməsinə laqeyd yanaşması ilə bağlı olub. Nəticədə dollar satışı artıb və digər valyutaların kursları yüksəlib, xüsusən də avro 2021-ci ilin iyunundan sonra ilk dəfə 1,2 dollar səviyyəsini keçib.

26 yanvarda qızılın qiyməti rekord səviyyəyə – unsiyası 5 100 dollardan (qramı 164 dollar) yuxarı qalxıb və tarixi artımını davam etdirir. İnvestorlar bu təhlükəsiz aktivə geopolitik qeyri-müəyyənliyin artması fonunda üstünlük verirlər. Bu, ABŞ administrasiyasına və ABŞ aktivlərinə etimad böhranı fonunda baş verir ki, bunu prezident Tramp administrasiyasının bəzi qeyri-sabit qərarları doğurub.

Piter Şiff ABŞ-da fəaliyyət göstərən "Euro Pacific Capital Inc.” broker şirkətinin prezidentidir. ABŞ iqtisadçısı, maliyyə brokeri və investisiya strategidir. ABŞ iqtisadiyyatı və dollarla bağlı pessimist proqnozları ilə tanınır, buna görə ona "Dr. Doom” ləqəbi verilib. 2008-ci ilin maliyyə böhranını əvvəlcədən proqnozlaşdırması ilə dünya miqyasında tanınıb. O, qızıla investisiya yatırmağın fəal tərəfdarıdır və kriptovalyutalar, xüsusən də bitcoin üzrə tənqidçidir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri