Prezident İlham Əliyev Şəhid Rəcai limanında baş vermiş partlayışa görə iranlı həmkarına başsağlığı verib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralının olması ilə əlaqədar İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Aprel 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















