Icma.az
close
up
RU
Prezident İlham Əliyev TDT ni sabitlik və qarşılıqlı inkişafın çırağı rolunu oynayan əsas platforma kimi nəzərdə tutur

Prezident İlham Əliyev TDT ni sabitlik və qarşılıqlı inkişafın çırağı rolunu oynayan əsas platforma kimi nəzərdə tutur

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


"Türkdilli ölkələr arasında birlik və ortaq məqsəd hissini gücləndirməklə Azərbaycan həm daxili çağırışları, həm də xarici təzyiqləri effektiv şəkildə həll edə bilən sabit və firavan region yaratmağı hədəfləyir. Bütün məsələlərdə olduğu kimi, cənab Prezidentin aktiv iştirakı ilə TDT yaxın gələcəkdə ciddi beynəlxalq təşkilat olaraq beynəlxalq münasibətlər sistmeində söz sahibi olan quruma çevriləcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov Türk Dövlətləri Təşkilatının Macarıstanda keçirilən zirvə görüşünü şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) siyasi-iqtisadi güc kimi formalaşaraq beynəlxalq münasibətlər sistemində yer alması Azərbvaycanın xarici siyasətinin ana xəttini təşkil edir:
"Bunu cənab Prezident İlham Əliyev hələ 2024-cü il fevralın 14-də andiçmə mərasimində açıq bəyan edətək deyib: "Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır". 2009-cu ildə Azərbaycanın aktiv iştirakı ilə Naxçıvan Sazişinin imzalanması nəticəsində əsası qoyulan Avrasiyanın mərkəzində Şərqlə Qərbin qovşağında yerləşən TDT bu gün beynəlxalq aləmdə ciddi rola malik bir təşkilat kimi qəbul olunmaqdadır".
İlham Məmmədov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan TDT-nin beynəlxalq məsələlərdə rolunu artırması üçün davamlı səy göstərməkdədir. "Cənab Prezident ölkəmizin TDT-nin inkişafında oynadığı rola diqqət edərək deyib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib".
Deputat onu da deyib ki, Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib:
"Cənab Prezident çıxışında TDT-yə üzv ölkələr arasınd abundan sonra hərtərəfli əlaqələrin daha da dərinləşdirməsi istiqamətində səylərini davam etdirəcək. Məqsəd TDT-nin ciddi bir təşkilat kimi formalaşaraq beynəlxalq aləmdə əhəmiyyətli bir güc blokuna çevirilməsidir. Bu hədəflərə nail olmaq üçünsə Azərbaycan təşkilatın gələcəyinin formalaşmasında mərkəzi fiqur kimi çıxış edərək, təşkilatın dünya miqyasında rolunu artırmaq üçün strateji mövqeyindən və son geosiyasi uğurlarından istifadə edir. Prezident İlham Əliyev TDT-ni təkcə türk dünyasının kollektiv maraqlarına cavab verən təşkilat kimi deyil, həm də sülh, sabitlik və qarşılıqlı inkişafın çırağı rolunu oynayan əsas platforma kimi nəzərdə tutur".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri