Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA nın vəzifələri

Prezident İlham Əliyevin Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA nın vəzifələri

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 noyabr, AZƏRTAC

AMEA Rəyasət Heyəti və Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın 80 illik yubiley mərasimində Prezident İlham Əliyevin nitqin AMEA-nın gələcək fəaliyyətinin yol xəritəsini müəyyənləşdirir.

AMEA rəhbəri ölkə elminin milli maraqlar, dövlətçilik mənafeyi və dünyanın qlobal çağırışları əsasında inkişaf etdirilməsinin zəruriliyini önə çəkib. Bildirib ki, bütün bu istiqamətlər dövlətimizin başçısının AMEA-nın 80 illik yubiley mərasimindəki nitqində konkret faktlarla öz əksini tapıb. “Prezident İlham Əliyev diqqətə çatdırdı ki, IV Sənaye İnqilabının meydana gətirdiyi süni intellekt, rəqəmsal inkişaf və kibertəhlükəsizlik kimi çağırışlar fonunda Azərbaycan elmi öz fəaliyyətini yenidən qurmalı, bu istiqamətlərdə praktiki və nəzəri işlərin səmərəli şəkildə təşkilini təmin etməlidir. Bu, elmimizin qarşısında duran strateji məqsəd və gələcək inkişafın əsas prioritet istiqamətidir”.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər sənədlər ölkədə rəqəmsallaşma prosesinin sistemli şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir. O, dövlətin bu strateji addımlarına uyğun olaraq AMEA-da da elektron idarəetməyə keçid və rəqəmsal texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, Rəyasət Heyəti aparatının Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin fəaliyyəti haqqında məlumat verib.

AMEA rəhbəri dövlətimizin başçısının Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı səsləndirdiyi fikirlərə də münasibətini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan dilinin inkişafı və saflığının qorunması kompleks və sistemli elmi yanaşma tələb edir. Bu istiqamətdə AMEA-nın bütün institutları öz elmi profillərinə uyğun şəkildə fəaliyyət göstərməli, dilin milli kimliyin əsas dayağı kimi qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməlidirlər.

Vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər” - mesajı həm də milli özünüdərk və məsuliyyət çağırışıdır.

Dövlətimizin başçısının çıxışında səsləndirdiyi Azərbaycan dilinin daha çox məişət səviyyəsində istifadə olunması və xarici sözlərin artan təsiri kimi narahatedici tendensiyalara diqqət çəkən AMEA rəhbəri bildirib ki, ölkə rəhbərinin bu mühüm problemi məhz AMEA tribunasından, yəni ölkənin ali elmi ocağından səsləndirməsi, ana dilimiz və milli kimliyimizlə bağlı məsələnin strateji əhəmiyyətini bir daha göstərir. Alimlər dil məsələsində aydın və prinsipial mövqe nümayiş etdirməli, Azərbaycan dilinin saflığının qorunması üçün müasir yanaşmalar və praktiki təkliflər irəli sürməlidirlər.

O, həmçinin Prezident İlham Əliyevin Azərbaycan elminin qarşısına qoyduğu mühüm vəzifələrin, səsləndirdiyi təkliflərin mərhələli şəkildə müzakirə ediləcəyini və AMEA Rəyasət Heyətində qəbul ediləcək tədbirlər planına daxil olunacağını nəzərə çatdırıb.

Sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan dilini emal etməyə imkan verən milli dil korpusunun yaradılması prosesinə başlanıldığını söyləyib. Vurğulayıb ki, bu, həm dilçilik elminin, həm də tətbiqi tədqiqatların inkişafı baxımından strateji əhəmiyyət daşıyan mürəkkəb bir mərhələdir. Müasir dilçilik və texnoloji sistemlər üçün etibarlı mənbə rolunu oynayacaq bu korpus dil resurslarının sistemləşdirilməsi, avtomatik emalı və statistik təhlili üçün zəruri baza yaradır.

Professor Nadir Məmmədli qeyd edib ki, dövlətimizin başçısının Azərbaycan dili ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq internet mühitində digər dillərin Azərbaycan dilini sıxışdırmaması, dilimizin təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi vacibdir.

“Dilçilik İnstitutu tərəfindən müxtəlif mənbələrdən toplanan dil materialları Süni intellekt və kompüter dilçiliyi şöbəsi tərəfindən emal edilərək sistemləşdirilib. Bu işlərin nəticəsi kimi Azərbaycan dilinin 220 min sözdən ibarət söz bazası formalaşdırılıb. Eyni zamanda, sözlərin işlənmə tezliyini müəyyən edən tezlik lüğətləri hazırlanıb. Gələcəkdə bu lüğətlərin nəticələri əsasında sözlərin Orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə tutulur”, - deyə professor Nadir Məmmədli bildirib.

O, dilimizə daxil olan alınma sözlərin ayrıca lüğətinin hazırlanmasının da gündəmdə olduğunu qeyd edib. Əlavə edib ki, Azərbaycan dili nə ölkə daxilində, nə də xaricdə sadəcə məişət səviyyəsində ünsiyyət vasitəsi kimi qəbul edilməməlidir. Dil xalqımızın mədəni yaddaşını, elmi və intellektual potensialını ifadə edən canlı bir sistemdir.

Daha sonra AMEA-nın müşaviri akademik Möhsün Nağısoylu çıxış edərək Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqinin Azərbaycan dövlətinin dil siyasətində milli-mənəvi dəyərlərin qorunmasına, dilin saflığının və inkişafının təmin edilməsinə yönəlmiş diqqəti əks etdirdiyini bildirib.

Alim televiziya verilişlərində, radio efirlərində, yazılı mediada və sosial şəbəkələrdə dilin normalarının sıradan çıxarıldığını, orfoqrafik normaların pozulduğunu, daha çox məişət üslubundan istifadə olunduğunu söyləyib. O, bütün bu prosesləri qaydaya salmaq üçün məsul şəxslərin iştirakı ilə dillə bağlı ayrıca tədbirin keçirilməsini məqsədəuyğun hesab edib.

Azərbaycan dilinin saflığını qorumağın, ədəbi dilin normalarına riayət etməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu deyən akademik Möhsün Nağısoylu qeyd edib ki, mağaza və restoranların adlarında, küçə reklamlarında dil normalarına ciddi nəzarət olunmalıdır. Bu istiqamətdə Dilçilik İnstitutunun Monitorinq şöbəsi ilə məsləhətləşmələr aparılmalı, müvafiq tədbirlər həyata keçirilməlidir.

Tədbirdə ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri professor İbrahim Bayramov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva, həmin institutun Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı qarşıya qoyduğu tələblərin, çağdaş qlobal inkişaf tendensiyalarından irəli gələn vəzifələrin elmimizin inkişafında mühüm rol oynayacağını bildirib, bu istiqamətdə təkliflərini səsləndiriblər. Çıxışlarda dilimizə daxil olan hər bir yeni sözün qeydə alınması, dialektoloji lüğətlərin hazırlanması, elektron terminoloji bazanın yaradılması, Türk dünyasında müxtəlif sahələrlə bağlı izahlı lüğətlərin elektron bazaya daxil edilməsi, eləcə də bütün fəaliyyət istiqamətlərində rəqəmsallaşmanın tətbiq olunmasının zəruriliyi qeyd olunub.

Sonda AMEA kollektivinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış müraciəti səsləndirilib. Müraciətin mətnini AMEA Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı oxuyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri