Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsləri böyük siyasi və mənəvi önəm daşıyır RƏY AZƏRTAC

Prezident İlham Əliyevin Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsləri böyük siyasi və mənəvi önəm daşıyır RƏY AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Elmi-arxeoloji tədqiqatlar nəticəsində sübut olunub ki, Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələrə malik yerlərdən biri olub. Həmçinin məlumdur ki, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək məqsədilə kiçik qalalar inşa ediblər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə göstəriş verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Təəssüflər olsun ki, 30 illik işğal dövründə işğal altındakı digər ərazilərimizdə olduğu kimi, Ağdamın əksər tarixi-mədəni abidələri də erməni vandalları tərəfindən dağıdılıb və talan edilib. Prezident İlham Əliyev çıxışlarının birində Ağdamın məruz qaldığı dağıntılar və bu şəhərin yenidən dirçəlişi barədə fikirlərini səsləndirərək deyib: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Bu gün artıq təkcə Azərbaycan deyil, bütün dünya dövlətimizin başçısıbın dediklərinin necə reallaşdığının şahididir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov söyləyib.

Ölkəmizin 30 il ərzində məruz qaldığı ikili standartlar siyasətindən danışan deputat qeyd edib: “Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il iyulun 23-də təəssüf ki, rayon ərazisinin 73 faizinin işğalı ilə bitdi. Rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu, 128 min insan məcburi köçkün həyatını yaşamaq məcburiyyətində qaldı. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı. İlk baxışda Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupuna üzv 9 ölkə adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir”. Hətta 1993-cü il iyulun 29-da BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamədə də “işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələbi əks olunmuşdu. Lakin öz havadarlarına arxalanan Ermənistan beynəlxalq qanunlara tabe olmaqdan yayındı. İşğalçı ölkə nəinki BMT qətnamələrini icra etmədi, əksinə, hətta Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq rayonda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi. Nə BMT, nə də digər səlahiyyətli beynəlxalq qurumlar Ermənistanın hərbi təcavüz və işğal yolu ərazi əldə etməsi niyyətlərinə qarşı çıxmadı”.

O qeyd edib ki, nəhayət 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə növbəti erməni təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə bütün cəbhə xətti boyunca əks hücuma keçdi. “44 gün davam edən İkinci Qarabağ savaşı ölkəmizin tam və qəti Qələbəsi ilə başa çatdı. Qeyd olunmalıdır ki, Azərbaycan bu müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb. Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Böyük siyasi və mənəvi önəm kəsb edən məqamlardan biri də Prezident İlham Əliyevin tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsləri və bu məqsədlə atılan addımlarla bağlıdır. Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olunub”, - deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see397

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see247

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see172

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri