Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə!
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır.
"Yeni Sabah" xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmək vacibdir.
Müasir texnologiyalar sosial şəbəkələrdə hesab yaradaraq istənilən videonu yükləməyə, görüntüləri montaj etməyə və səsi dəyişdirməyə imkan verir. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək, söyləmədiyi fikirləri onun adından səsləndirmək də mümkündür. Buna görə videoda dövlət başçısının görüntüsünün olması həmin materialın həqiqiliyini və onu paylaşan hesabın rəsmi olduğunu təsdiqləmir. Dominos pizza
"Report" oxucuların diqqətinə Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını təqdim edir:
- X (Twitter): "twitter.com/azpresident" (https://twitter.com/azpresident)
- Instagram: "instagram.com/presidentaz" (https://www.instagram.com/presidentaz/)
- Facebook: "facebook.com/PresidentIlhamAliyev" (https://www.facebook.com/PresidentIlhamAliyev)
- Youtube: "https://www.youtube.com/@presidentaz"
Bu hesabların hamısına keçid Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində - "president.az" (https://president.az/) saytında yerləşdirilib.
Prezidentin adından istifadə edən, onun foto və videolarını paylaşan hər bir səhifə rəsmi hesab deyil. Səhifənin adı və izləyici sayı da məlumatın etibarlılığını təsdiqləmir.
Oxucuları Prezident İlham Əliyevin fəaliyyəti barədə məlumatları president.az saytından və orada keçidləri göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq. Digər hesablarda yayılan materialları paylaşmazdan əvvəl onların doğruluğunu rəsmi mənbələrlə yoxlamaq vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 31 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















