Icma.az
close
up
RU
Prezident İlham Əliyevin “Xəzərin geosiyasəti” konsepti

Prezident İlham Əliyevin “Xəzərin geosiyasəti” konsepti

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

II MƏQALƏ

Prezident İlham Əliyevin Xəzərin geosiyasəti konseptinin əsas tərkib hissələri

Öncə onu vurğulayaq ki, İlham Əliyev 2003-cü ildə dərc olunmuş “Azərbaycanın Xəzər nefti” adlı əsərində “Xəzər nefti – geosiyasi aspektlər” və “Xəzəryanı regionda geosiyasi aspektlər” ifadələrini işlətmişdir. Bu, səbəbsiz deyildir. Yəni Azərbaycan Prezidenti Xəzərin geosiyasətinə coğrafi olaraq Xəzəryanı region kontekstində, onun təbii resurslarını ciddi surətdə nəzərə almaqla yanaşır. Bu zaman Xəzər məsələsinin yalnız geosiyasi aspektlə məhdudlaşmadığına da işarə verir. Buna görədir ki, İlham Əliyev əsərlərində həm “Xəzəryanı region”, həm də “Xəzər nefti” ifadələrinin geosiyasi aspektlərindən bəhs edir.

Bu yanaşma mövzunu həm konkretləşdirir, ona dəqiq predmet əlaməti verir, həm də tədqiqat məqsədini konkret hədəfə fokuslandırır. Nəzəri-konseptual səviyyədə isə Azərbaycan Prezidentinin Xəzərin, ümumiyyətlə, geosiyasətinə yanaşmasının üç əsas tərkib hissəsini müəyyən etməyə imkan yaradır. Onlar aşağıdakılardır:

– Xəzərin geosiyasətinin nəzəri-konseptual aparatı;

– Xəzərin siyasi tarixi;

– Müasir regional və qlobal geosiyasi xüsusiyyətlər fonunda Xəzərin obrazının yaradılması.

Xəzərin geosiyasətinin nəzəri-konseptual aparatı dəqiq metodologiyaya əsaslanır. Onun işığında həm siyasi tarix məsələsi, həm də regional və qlobal geosiyasətin xüsusiyyətləri təhlil edilir. Bu zaman mütləq surətdə problemin bir aspekti Xəzər faktoruna dayanır. Yəni ümumiyyətlə, Xəzərin geosiyasətindən sırf nəzəri səviyyədə söhbət getmir, o, həmişə predmetik mənası və birbaşa Xəzərə aid olan faktorlarla məntiqi bağlılıqda tədqiq edilir.

Azərbaycan Prezidentinin məsələyə bu cür yanaşması bir tərəfdən, tədqiqata nəzəri güc verir, digər tərəfdən də, geosiyasi konsepti praktiki-tətbiqi aspektdə çox səmərəli edir. Onun prizmasında müstəqil Azərbaycanda güclü dövlət quruculuğunun çox mühüm cəhətləri aydın görünür.

İndi hər bir tərkib hissəsi üzərində ayrıca dayanaq.

Xəzərin geosiyasətinin nəzəri-konseptual aparatı

“Azərbaycanın Xəzər nefti” əsərinin girişində ümumi formada Prezident İlham Əliyev tədqiqatın başlıca məqsədini aydın ifadə etmişdir. Azərbaycanın dövlət başçısı yazır ki, kitab qədim dövrlərdən başlayaraq Xəzər regionunun siyasi və iqtisadi inkişafının, Azərbaycanın Xəzəryanı hissəsinin tarixi inkişafının, müasir geosiyasətdə respublikanın mühüm rolunu şərtləndirən faktorların dərk edilməsinin tədqiqinə həsr edilmişdir.

Burada tədqiqatda üç aspektin sintezini görürük – birincisi, Xəzər regionunun siyasi və iqtisadi inkişafı, ikincisi, Azərbaycanın Xəzəryanı hissəsinin tarixi inkişafı və üçüncüsü, müasir geosiyasətdə Azərbaycanın mühüm rolunu şərtləndirən faktorların dərki. Onların sistemli formada tədqiqi üçün ümumi nəzəri-konseptual mənzərədə tarixi, siyasi, iqtisadi və geosiyasi aspektlərin vəhdətini təmin edən yanaşma lazım gəlir. Eyni zamanda, dərketmə “trayektoriyası” ümumnəzəri ilə praktiki-tətbiqi aspektlərinin “ortaq idrakı zonasında” formalaşmalıdır. Onun idraki hüdudunun bir sərhədini tarixi və müasir kontekstdə nəzəri geosiyasi yanaşma, digər tərəfini konkret Azərbaycana aid tarixi və geosiyasi məqamlar təşkil edir. Prezident İlham Əliyev əsərdə bu məqamı daha konkret ifadə etmişdir. Müəllif vurğulayır ki, “regionda siyasi və iqtisadi fəaliyyətin yaranması və inkişafı”, “dövlətlərarası münasibətlər”, “tarixi proseslər” “müasir geosiyasi situasiyanın formalaşması”na gətirib çıxaran faktorlar kimi araşdırılmışdır. Bu, avtomatik olaraq tədqiqatın tarixi tərəfini iki aspektdə aktuallaşdırır.

Birincisi, Azərbaycan Prezidenti Xəzərin siyasi, tarixi və iqtisadi transformasiyalarını müasir geosiyasi situasiyanın formalaşmasının nəzəri və praktiki elmi obrazlarını yaratmaq məqsədilə tədqiq etmişdir. Bu, Azərbaycan Prezidentinin elmi problemə ontoloji yanaşmasının göstəricisidir. Yəni tarixi xronologiyada gerçək olan faktlardan çıxış edərək tədqiqat obyektinin obrazını yaratmışdır. Bu zaman qarşısına qoyduğu müasir regional geosiyasi situasiyanın dərki başlıca elmi məqsəd kimi diqqətə alınmışdır.

İkincisi, Azərbaycan Prezidentinin həmin mövzuda apardığı araşdırmaların tarixçəsi ilə bağlıdır. Belə ki, həm keçən əsrin 90-cı illərində yazılmış öncəki əsərlərdə, həm də 3 cildlik “Azərbaycan nefti dünya siyasətində” kitabında Azərbaycanın neft siyasəti tarixinin ayrı-ayrı aspektləri öyrənilmişdir. Sonrakı mərhələdə, yəni “Azərbaycanın Xəzər nefti” (2003-cü il) əsərində isə “bu problemin sistemli və kompleks öyrənilməsi məqsədi qarşıya qoyulmuşdur”. Bu, peşəkar tədqiqatda araşdırma təcrübəsinin nümunəsidir. Müəllif ardıcıl, mərhələli və tədqiqatın əhatə dairəsini genişləndirməklə öncədən müəyyən etdiyi elmi tədqiqatın strategiyasını reallaşdırmışdır.

Məntiqi olaraq belə alınır ki, əsərdə tətbiq edilən yanaşma metodologiyası vurğulanan özəllikləri əsas tutaraq müəyyən edilmişdir. Prezident İlham Əliyev müəllif kimi “Xəzərin geosiyasəti” konseptinin ciddi nəzəri və metodoloji bazasını illərlə davam edən yaradıcılıq prosesində yaratmışdır. Bu, olduqca ciddi elmi təcrübədən xəbər verir. Prezident İlham Əliyev 2003-cü ildə qələmə aldığı əsərdə mövzuya sərf etdiyi nəhəng yaradıcılıq zəhmətini yüksək nəzəri-konseptual səviyyədə olduqca inandırıcı təqdim edə bilmişdir. İndi nəzəri səviyyədə Prezident İlham Əliyevin tədqiq etdiyi elmi problemə yanaşmasının bir qədər konkret detallarına baxaq.

Geosiyasət elm kimi

Dövlət başçısı Xəzər konseptini geosiyasətin elmi anlamı çərçivəsində hazırlamışdır. Prezident İlham Əliyev əsərində vurğulayır ki, geosiyasət coğrafi, tarixi, siyasi və dövlətin strateji potensialına təsir edən, qarşılıqlı əlaqədə olan digər faktorları öyrənən elmdir. Bu anlamda geosiyasət elminin nəzəri səviyyədə əsas postulatı sivilizasiyanın növünü onun coğrafiyasının müəyyən etməsi ilə bağlıdır. Yəni landşaft, iqlim və məkan strukturu burada müəyyənedici rol oynayırlar.

Ümumi səviyyədə geosiyasətdə iki sivilizasiya növü müəyyən edilmişdir – dəniz (ada) və quru (kontinental). Bunlara uyğun olaraq sivilizasiyanın dəniz növünə aid olan xalqlar ənənəvi olaraq daha dinamik, texnoloji inkişaf etmiş, novatordurlar ki, bütövlükdə ticarət tipli cəmiyyət formalaşdırırlar. İnsanları isə eqoizmə və fərdiliyə meyilli olurlar.

Buradan məntiqi olaraq belə ümumi nəticə hasil etmək olur: geosiyasət obyektiv mövcud olan məkan bütövlüyünü üzə çıxarır ki, onun siyasi mənası olur. Həmin əsasda geosiyasəti qlobal miqyasda siyasi coğrafiya adlandırmaq olar. Siyasi coğrafiya isə özlüyündə dövlət səviyyəsində siyasi təşkilatın ərazicə qanunauyğunluqlarını öyrənir. Deməli, geosiyasət həm konsepsiyadır, həm də fəaliyyət obrazıdır. Güclərin geosiyasi nisbəti onun izahedici və proqnozlaşdırıcı funksiyalarına daxildir.

Xəzərin geosiyasi tədqiqinin özəllikləri

Bu məqamda hansı səbəblərdən Azərbaycan Prezidentinin geosiyasətin elm kimi bir sıra nəzəri-konseptual xüsusiyyətləri üzərində dayandığını dərk etmək olur. Həmin izahlar birbaşa Xəzərin geosiyasəti konseptinin formalaşdırılmasının nəzəri-metodoloji bazasını yaratmaq üçündür. Yəni Prezident İlham Əliyev geosiyasət elmi ilə bağlı maarifləndirici iş aparmır, əsas məqsədi həmin elmin elə xüsusiyyətlərini qısa izah etməkdir ki, onlardan konkret Xəzər regionu ilə bağlı elmi konsept hazırlamağın nəzəri əsası olsun.

Bir qədər də dəqiqləşdirsək, Prezident İlham Əliyev Xəzərin geosiyasi konseptinə ümumi səviyyədə sivilizasiya növü prizmasında yanaşmışdır. Bu zaman coğrafi, tarixi, siyasi və dövlətin strateji potensialına təsir edən, qarşılıqlı əlaqədə olan digər faktorları kompleks halında tədqiq etməyə üstünlük vermişdir.

Həmin yanaşma çərçivəsində Prezident İlham Əliyev tədqiqinin konkret konseptual xüsusiyyətlərini təqdim etmişdir. Onları aşağıdakı kimi müəyyən etmişdir:

– Xəzər regionunun geosiyasi əhəmiyyəti onun sivilizasiyalar və qitələrin kəsişməsində yerləşməsi ilə;

– Karbohidrat ehtiyatlarının iqtisadi və siyasi-strateji əhəmiyyəti ilə;

– Digər qiymətli təbii resursların iqtisadi dəyəri ilə;

– Həmin təbii ehtiyatların istifadəsinə uyğun olan təsərrüfat və başqa fəaliyyətlərlə müəyyən olunur.

Vurğulanan əsas əlamətlər geosiyasətin birbaşa Xəzər regionuna tətbiqinin daha konkret nəzəri dairəsini təşkil edirlər. Bu, dövlət başçısına tədqiqi bir qədər də konkretləşdirməyə və əsas mexanizmləri müəyyən etməyə imkan vermişdir.

Bu baxımdan Prezident İlham Əliyevin tədqiqatının nəzəri-kateqorial aparatının nüvəsini təşkil edən geosiyasi anlayışları müəyyənləşdirməsi çox maraqlıdır.

Maraqlar

Prezident İlham Əliyev əsərində Xəzərin geosiyasətinə milli, dövləti və dövlətlərarası (koalision) maraqlar kontekstində yanaşmışdır. Həmin maraqlar ümumilikdə geosiyasətin əsas anlayışlarındandır. Kitabda vurğulanır ki, dövlət maraqlarının əsasını ənənəvi olaraq ölkənin siyasi müstəqilliyi və fiziki mövcud olması təşkil edir. Bu o deməkdir ki, Xəzəryanı regionun hər bir dövlətinin özünüqoruması və siyasi müstəqilliyi təmin etməsi geosiyasi maraqları təmin etmək baxımından onların təbii hüquqları kimi qəbul olunmalıdır.

Bu, müasir geosiyasi mərhələdə olduqca vacib şərtdir və Xəzəryanı regionu üçün prinsipial əhəmiyyət daşıyır. Burada dövlət ərazisinin saxlanması və sərhədlərin hərbi-siyasi toxunulmazlığının təmin edilməsi mühüm məqamı təşkil edir. Əlbəttə, həmin yanaşma çərçivəsində vətəndaşların təhlükəsizliyinin və rifahının təmini də ön sıraya çıxarılmalıdır.

Dövlət maraqları ilə bağlı vurğulanan bütün xüsusiyyətlər kompleks halında ölkənin geosiyasi və geoiqtisadi gücünün məqsədyönlü möhkəmlənməsinə xidmət etməlidir.

Aydındır ki, yuxarıda qeyd edilən anlamda dövlət maraqları ilə milli maraqlar üst-üstə düşür. Həmin özəlliyi əsərində ayrıca vurğulayan Prezident İlham Əliyev insan hüquqlarının gözlənilməsi məsələsinə də önəm verir, yəni vətəndaş cəmiyyətində dövlət və milli maraqların üst-üstə düşdüyünü yazır. Milli maraqların özünə gəldikdə isə, burada hansı konsepsiyaya üstünlük verilməsindən çox şey asılıdır.

Məsələn, geosiyasi kontekstdə hakimiyyət uğrunda sonsuz mübarizəni labüd edən yanaşma vardır. Bu yanaşma regionda birləşdirici rol oynaya biləcək mühitin yaranmasına ciddi əngəl törədir. Milli maraqlara institusional-hüquqi yanaşma isə qanunlar əsasında münasibətlərin tənzimlənməsinə yol açır ki, onun da müsbət nəticələr verməsi mümkündür.

Buradan avtomatik olaraq milli və regional miqyasda milli təhlükəsizlik məsələsinə keçid etmək olar. Milli təhlükəsizlik Prezident İlham Əliyevin “Xəzərin geosiyasəti” konseptində vacib yer tutur.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:18
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see245

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see231

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see230

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see224

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see219

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see211

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see190

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see179

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see137

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see137

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see129

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see129

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see128

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri