Prezident: Məhkəmə Hüquq Şurası cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilmiş Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail olmaqla, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.
"İnsan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir.
Eyni zamanda, ictimai münasibətlərin inkişafı, sürətlə artan rəqəmsallaşma və müasir dövrün digər tendensiyaları məhkəmə idarəçiliyi məsələlərinə yeni yanaşmaların tətbiqini zəruri edir", - deyə dövlət başçısı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















