Icma.az
close
up
RU
Prezident onların qonağı oldu Fotolar+Yenilənib

Prezident onların qonağı oldu Fotolar+Yenilənib

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

***

Kənddə 140 fərdi ev olub, onlardan da 30-u yararsız, 110-u isə qismən yararlı olub. 26 fərdi ev artıq əsaslı bərpa edilib. Bu il oktyabrın sonunadək daha 26 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 58 fərdi ev təmir və bərpa olunacaq. Bu il avqustun 15-də 26 ailə, ümumilikdə 89 nəfər doğma Kolatağ kəndinə qayıdıb.

Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, bir transformator və 1 kilometr uzunluğunda mövcud elektrik xətti təmir olunub, artezian quyusu bərpa edilib, 26 ev su ilə təmin olunub. Sentyabrda kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. İndiyədək 10 min 600 paqonametr yeni qaz xətti çəkilib və əlavə olaraq 2800 paqonametr hissənin çəkilişi nəzərdə tutulub. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün müasir istirahət parkı salınıb. Burada bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı yaradılıb.

Kolatağ kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir və Qarabağ silsiləsinin yamacında yerləşir. Kənd Qarabağ müharibəsinin başlandığı ilk günlərdən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.

***

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakini Baxşalı Hətəmovun evində olub.

Prezident İlham Əliyev: Salaməleykum.

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

Qadın sakin: Salam, bizim evimizdir.

Prezident İlham Əliyev: Necəsiniz? Neçə gündür gəlmisiniz?

Baxşalı Hətəmov: Bu gün beşinci gündür.

Prezident İlham Əliyev: Bəli, hələ bir həftə olmayıb. Buranın adı sovet vaxtı da Kolatağ idi?

Baxşalı Hətəmov: Bəli.

Qadın sakin: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Salaməleykum. Ay, nə gözəl baladır.

Mehriban xanım Əliyeva: Adı nədir?

Qadın sakin: Zeynəb.

Mehriban xanım Əliyeva: Zeynəb neçə aylıqdır?

Qadın sakin: 15 günlükdür.

Prezident İlham Əliyev: 15 gün?

Mehriban xanım Əliyeva: 15 günlük, maşallah. Sənin adın nədir? Nə qəşəng qızsan sən. Gəl mənim yanıma.

Baxşalı Hətəmov: Cənab Prezident, nömrə çəkən gün anadan olub.

Prezident İlham Əliyev: Harada anadan olub?

Baxşalı Hətəmov: Ayaq Qərvənd qəsəbəsində.

Prezident İlham Əliyev: Orada qalırdınız?

Baxşalı Hətəmov: Bəli.

Prezident İlham Əliyev: İndi isə gözəl, mənzərəli bir əraziyə köçmüsünüz. Burada yaşamaq üçün hər şey var.

Baxşalı Hətəmov: Çox gözəldir, çox sağ olun, Allah Sizə dəyməsin, cənab Prezident.

Prezident İlham Əliyev: Buranın həyətyanı sahəsi də kifayət qədər genişdir. Bu qızın neçə yaşı var?

Baxşalı Hətəmov: İki yaşı var.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, xoşbəxt yaşayın.

Baxşalı Hətəmov: Allah Sizin canınızı sağ eləsin.

Mehriban xanım Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

Baxşalı Hətəmov: Çox sağ olun.

Prezident İlham Əliyev: Gözəldir, əsl cənnətdir.

Baxşalı Hətəmov: Həqiqətən cənnətdir.

Prezident İlham Əliyev: Salamat qalın.

***

Daha sonra dövlət başçısı və birinci xanım kənd sakini Rəfayət Musayevin evinə gəlib.

Prezident İlham Əliyev: Salaməleykum. Xoş gəlmisiniz.

Qadın sakin: Salam.

Prezident İlham Əliyev: Qayanın adı nədir?

Rəfayət Musayev: Sağsağan qayası.

Prezident İlham Əliyev: Yəqin ki, oraya yol da var.

Rəfayət Musayev: Meşə yoludur.

Prezident İlham Əliyev: Haradan, Xocalıdan?

Rəfayət Musayev: Əsas Xocalı ərazisinə düşür.

Prezident İlham Əliyev: Hə, Xocalı ərazisi.

Qadın sakin: Salam, çox sağ olun cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam. Artıq bir neçə gündür burdasınız? Neçə gündür? Bir həftə olar?

Rəfayət Musayev: Bir həftədir.

Prezident İlham Əliyev: Bir həftə. Burada həyatınız necə keçir?

Rəfayət Musayev: Çox gözəl, çox yaxşı.

Prezident İlham Əliyev: Ev də gözəldir. Gözəl təmir olunub.

Rəfayət Musayev: Bəli, çox gözəldir.

Qadın sakin: Təbiəti də gözəldir.

Prezident İlham Əliyev: Bəli, gözəldir, cənnət kimi bir yerdir.

Qadın sakin: Havası da təmizdir, çox qəşəngdir.

Prezident İlham Əliyev: Havası da təmizdir, hər tərəf dağdır, meşədir, çay da axır. Su da var. Hər şey var.

Rəfayət Musayev: Hər şey var, hər şey qaydasındadır.

Prezident İlham Əliyev: İndi bağ da, bostan da salacaqsınız.

Rəfayət Musayev: İnşallah gələn il gələndə, görəcəksiniz. Arı təsərrüfatı ilə, arıçılıqla məşğulam.

Prezident İlham Əliyev: Bəli, arıçılıq çox yaxşıdır. Neçə arı ailəsi saxlayırsan?

Rəfayət Musayev: 250 arı ailəsidir, 300-ə yaxın da damazlıq təsərrüfatdır.

Prezident İlham Əliyev: Çox gözəl, təbrik edirəm sizi.

Rəfayət Musayev: Çox sağ olun.

Mehriban xanım Əliyeva: Sağ olun. Uğurlarınız çox olsun.

Prezident İlham Əliyev: Bir daha təbrik edirəm. Sağ olun.

Qadın sakin: Allah köməyiniz olsun. Çox sağ olun.

Rəfayət Musayev: Çox sağ olun, Allah Sizdən razı olsun.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Avqust 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri