Prezident Ordubadın icra başçısını dəyişdi: Yeni təyin olunan başçı KİMDİR? (video)
Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə bu vəzifəyə Nurlan Rauf oğlu Hacıyev təyinat alıb.
Qeyd edək ki, yeni icra başçısı bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində aparat rəhbəri vəzifəsində çalışıb. O, həmin vəzifəyə 2025-ci ilin avqust ayında təyin olunmuşdu.
41 yaşlı Nurlan Hacıyev Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində "Gömrük işinin təşkili" və "Ümumi iqtisadiyyat" ixtisasları üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Hacıyev daha sonra "Naxçıvanbank" ASC-nin Culfa rayon filialının rəhbəri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində fəaliyyət göstərib.
@sitat.info Prezidentin təyin etdiyi yeni icra başçısı kimdir? #sondeqiqe #nergizliftiyeva #sitatinfo ♬ оригинальный звук - Sitat.info xəbər portalı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Avqust 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















