Ordubadın 41 yaşlı yeni icra başçısı: Nurlan Hacıyev kimdir?
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Milli.Az xəbər verir ki, yeni icra başçısı bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində aparat rəhbəri vəzifəsində çalışıb. O, həmin vəzifəyə 2025-ci ilin avqust ayında təyin olunmuşdu.
41 yaşlı Nurlan Hacıyev Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində "Gömrük işinin təşkili" və "Ümumi iqtisadiyyat" ixtisasları üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Hacıyev daha sonra "Naxçıvanbank" ASC-nin Culfa rayon filialının rəhbəri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində fəaliyyət göstərib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 Avqust 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















