Icma.az
close
up
RU
Prezident sərəncam imzaladı: Bu qurumlara tapşırıq verildi, hazırlıq başladı

Prezident sərəncam imzaladı: Bu qurumlara tapşırıq verildi, hazırlıq başladı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mətbuatın 150 illik yubileyi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən milli mətbuatın 150 illik yubileyi geniş qeyd olunacaq.

Belə ki, Prezident Administrasiyası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək, Nazirlər Kabineti isə yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edəcək.

Maraqlıdır, tədbir hansı formatda keçiriləcək?

Globalinfo.az-a danışan Azərbaycan Mətbuat Şurasının sədri, yazıçı Rəşad Məcid deyib ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı mətbuatımızın ictimai fikir və dövlətçilik tariximizdə oynadığı rola dəyərin növbəti müstəsna nümunəsidir.

Onun sözlərinə görə, bu sərəncam, eyni zamanda müstəqillik illərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsinin davamlılığının göstəricisidir:

“Belə yüksək dəyərə görə dövlətimizin başçısına həm öz adımdan, həm də Mətbuat Şurasının İdarə Heyətinin üzvləri adından dərin təşəkkürümü bildirirəm. Prezident sərəncamında mediamızın 44 günlük müharibə zamanı, müqəddəs Zəfərimizin əldə edilməsində xüsusi rolunun vurğulanması da sənədin mühüm xüsusiyyətlərindən biridir. Əlbəttə, sənəddə mətbuatın müstəqil dövlət quruculuğu xəttində, o cümlədən, ölkədə söz azadlığı və plüralizmin dərinləşməsindəki missiyasına dəyər verilməsi də son dərəcə önəmlidir”.

Rəşad Məcid

Rəşad Məcid onu da deyib ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı həmçinin, yol xəritəsi mahiyyəti daşıyır:

“Sənəddə ölkəmizin qlobal informasiya məkanında təmsilçiliyi kimi mühüm vəzifədən, habelə dezinformasiya və sair bu sayaq mənfi meyllərlə mübarizənin vacibliyindən bəhs edilir. Düşünürəm ki, bütün bunlar jurnalistikamızın keçmişi ilə bu gününü əlaqələndirməyə, gələcəyə baxış bucağımızı optimallaşdırmağa imkan verir. Əminəm ki, mediamız və jurnalistikamız üçün əlamətdar tarixlə bağlı imzalanmış mühüm dövlət sənədi bu böyük tarixə yüksək dəyərin ifadəsi baxımından tədbirlərin keçirilməsi ilə yaddaşlarda qalacaq. Sərəncamda Mətbuat Şurasının da məsuliyyəti müəyyən edilib və Şura üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Aprel 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri