Prezident Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İES ə atılan raketin düşdüyü əraziyə baxıb FOTO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimində iştirak edib.
Daha sonra Prezident İlham Əliyev və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bu stansiyaya atılan raketin düşdüyü əraziyə baxdılar.
Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik "Smerç" reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb.
Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 24 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















