Icma.az
close
up
RU
Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi FOTO + YENİLƏNİB KONKRET

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi FOTO + YENİLƏNİB KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.

KONKRET.az xəbər verir ki, səfir Fidelis Ntampaka Mironko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha yaxın əlaqələrin qurulmasının zəruriliyini qeyd edərək, Azərbaycanla Ruandanın BMT və Qoşulmama Hərəkatında əməkdaşlığına toxundu. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasına verdiyi dəstəyə və Ruandanın ölkəmizin sədr qismində irəli sürdüyü təşəbbüsləri, xüsusilə də COVID-19 ilə bağlı səylərini dəstəklədiyinə görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın bu istiqamətdə səylərinin əsas məqsədi vaksinlərin ədalətli bölüşdürülməsi və vaksin millətçiliyinə qarşı mübarizə olmuşdur. İkitərəfli münasibətlərə gəldikdə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edən dövlətimizin başçısı bu baxımdan nümayəndə heyətlərinin və biznes qruplarının qarşılıqlı səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğuladı.

Səfir Fidelis Ntampaka Mironko Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlətimizin başçısına çatdırdı, onun Azərbaycana səfərini ehtiramla xatırladı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ruanda Prezidentinə çatdırmağı xahiş etdi.

Səfir ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın müvafiq strukturları ilə bundan sonra da fəal təmasların qurulacağına əminliyini bildirdi.

***

12:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib.

KONKRET.az xəbər verir ki, səfir Mariela del Karmen Sagel Rosas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Qoşulmama Hərəkatında yaxşı əməkdaşlığın həyata keçirildiyini bildirib, Azərbaycanın bu təşkilata sədrlik müddətinin uzadılmasının, o cümlədən COVID-19 ilə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüslərin Panama tərəfindən dəstəkləndiyinə görə minnətdarlığını ifadə edib. Dövlət başçısı Azərbaycanın sədr kimi Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində səylər göstərdiyini bildirərək bununla bağlı artıq iki mühüm tədbirin – Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin çox uğurla keçirildiyini vurğulayıb və bunun Hərəkatın fəaliyyətinə yeni dinamika verdiyini deyib, bu baxımdan təşkilata üzv dövlətlərin dəstəyinin rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması barədə üzv dövlətlər tərəfindən yekdil qərarın qəbul edilməsini ölkəmizə göstərilən böyük dəstəyin və hörmətin ifadəsi kimi dəyərləndirib.

İkitərəfli münasibətlərə toxunan dövlət başçısı iqtisadi sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin və biznes dairələri arasında informasiya qıtlığının aradan qaldırılmasının zəruriliyini bildirib, yeni təyin olunan səfirin iki ölkənin əlaqələrinin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən xanım Mariela del Karmen Sagel Rosas qeyd edib ki, Panama ərazisinin kiçik olmasına baxmayaraq, böyük iqtisadi-ticari imkanlara malikdir. Xanım Mariela del Karmen Sagel Rosas, bu baxımdan, ölkəsinin beynəlxalq hab olması imkanlarından istifadə edilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Səfir eyni zamanda ölkələrimiz arasında ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrimizin genişlənəcəyinə ümidvar olduğunu bildirib.

***

10:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Həmçinin, Prezident İlham Əliyev Ruandanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Fevral 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri