Prezidentdən Döyüş bayrağını qəbul edən Komando hərbi hissəsinin komandiri kimdir? VİDEO
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə etdikdən sonra Döyüş bayrağını qəbul edən Əməliyyat (komando) hərbi hissələrinin komandirlərindən biri polkovnik-leytenant Asəf Qarayevdir.
A.Qarayev Vətən müharibəsi zamanı Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) tərkibində mayor rütbəsi ilə döyüşlərdə iştirak edib.
Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlərdə qəlpə yaraları alaraq yaralanıb. Müalicə aldıqdan sonra yenidən ordu sıralarına qayıdıb.
Polkovnik-leytenant A.Qarayev "Azərbaycan Bayrağı" ordeni və "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub. /Unikal/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 12 Avqust 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















