Icma.az
close
up
RU
Prezidentdən dünyaya mesaj: Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir ANALİZ

Prezidentdən dünyaya mesaj: Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir ANALİZ

Report.az saytına istinadən Icma.az xəbər verir.

2024-cü il Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsi ilə yadda qaldı. Həm daxili, həm xarici siyasətdə ciddi beynəlxalq uğurlara imza atıldı. Ötən ilin ən mühüm uğuru şübhəsiz ki, 33 ildə ilk dəfə olaraq bütöv Azərbaycan ərazisində Prezident və parlament seçkilərinin keçirilməsi oldu. Seçkilər dövlətin siyasi inkişafında əlamətdar mərhələ oldu, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra tam suverenliyin və ərazi bütövlüyünün bərpasını simvolizə etdi. Seçicilərə Şuşa və Xankəndidə, eləcə də işğaldan azad edilmiş digər şəhərlərdə səsvermə imkanının yaradılması bu ərazilərin ölkənin siyasi, sosial və iqtisadi sisteminə inteqrasiyasında mühüm addım oldu. Bu, həmçinin dövlətin hətta münaqişədən sonrakı yenidənqurma şəraitində demokratik prosesləri təşkil etmək və aparmaq bacarığını nümayiş etdirdi.

Prezident İlham Əliyev də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində bu seçkilərdən tutmuş digər əhəmiyyətli məsələlərə toxunub.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı növbəti dəfə ona böyük etimad göstərib və bu onu daha da ruhlandırır, gücləndirir: “Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir”.

Dövlət başçısı qeyd edib ki, bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, Azərbaycana qarşı əsassız ittihamlar olub. Amma heç biri bizi yolumuzdan döndərə bilmədi:

“Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq”.

Prezident onu da vurğulayıb ki, 2024-cü ilin ən ciddi uğuru həm də Ermənistanla münasibətlərin normallaşması prosesinin yeni səviyyəyə çıxması oldu: iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi başladı. Bu da 2025-ci ildə iki ölkə arasında yekun sülh sazişinin imzalanmasına olan ümidləri artırıb.

Müraciətdə xüsusi qeyd edilib ki, ötən il uğurla başa vuruldu, ilin əvvəlində qarşıya qoyulan bütün məsələlər öz həllini tapdı:

"Ölkəmiz inamla inkişaf edib, onun beynəlxalq nüfuzu böyük dərəcədə artıb. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ən əsası sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayıb: “Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaq”.

Bəli, ölkəmiz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda stabil dövlət statusu qazanıb. Qonşu Gürcüstanda, Ermənistanda baş verən hadisələr bunu təsdiqləyir. Müstəqil xarici siyasət yeritməyə cəhd göstərən Tbilisi hökumətinə qarşı Qərbin əksər dövlətləri hücuma keçib, hətta onu sanksiyalarla hədələyib. Ermənistandan isə danışmağa dəyməz. 44 günlük İkinci Qarabağ müharibəsindən dörd il keçsə də, ölkə özünə gələ bilmir. Forpost ölkə hələ də, müstəqil dövlətə çevrilə bilməyib. Onu xaos və qarşıdurmaya sürükləyən ölkələrin əlində alətə çevrilməkdədir. Azərbaycan isə çoxvektorlu xarici siyasət yürütməklə həm beynəlxalq aləmdə nüfuzunu artırmağa, həm də daxili sabitlik qazanıb.

Prezident də xalqa müraciətində yuxarıda qeyd edilən məsələlərə toxunub. Xüsusilə onun İrəvan hökumətinə ünvanlanan açıq mesajı diqqət çəkir. Dövlət başçısı ümidvardır ki, Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq:

“Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”.

2024-cü ildə də Ermənistanı fəlakətə sürükləyən Fransa başda olmaqla bəzi dövlətlər onu silahlandırmaq kampaniyasını gücləndirməyə çalışdılar. Prezident də çıxışında bu riyakar və ikili siyasətə toxunub:

“Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır”.

Dövlət başçısının qeyd olunan xəbərdarlığı həm Ermənistana, həm də onun havadarlarına ünvanlanan ən ciddi bir mesajdır. Azərbaycan bir daha bəyan edir ki, regionda sülh və əmin-amanlıq prioritetdir və ümid edir ki, bu mesaja da 2025-ci ildə diqqət yetiriləcək. Əsas da Ermənistan bunu anlamalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər.

“Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil”.

Revanşizm, növbəti müharibə həvəsində olanlara Prezidentin mesajı isə hesab edirik ki, aşağıdakı fikirlər ən layiqli cavabdır:

“Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir”.

Bəli, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb və dünya da artıq yeni reallıqları qəbul edib. 2025-ci ildə də bu reallqıların daha dərindən təsdiqlənəcəyi şübhəsizdir. Heç bir qüvvə, güc mərkəzi də Azərbaycan dövlətinin iradəsinə təsir göstərə və yolundan döndərə bilməz.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://report.az
archiveBu xəbər 01 Yanvar 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see200

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see162

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see128

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri