Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Prezidentdən Ermənistana və havadarlarına sülh çağırışı ŞƏRH

Prezidentdən Ermənistana və havadarlarına sülh çağırışı ŞƏRH

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici mətbuata hər müsahibəsi mühüm məqamlarla yanaşı, regional və beynəlxalq çağırışları da özündə əks etdirir. Dövlət başçısının dekabrın 17-də “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsi də bu qəbildəndir.

Prezident növbəti dəfə ölkəmizlə yanaşı, regionda, bütövlükdə beynəlxalq aləmdə baş verən proseslərə yeni konseptual yanaşma ortaya qoyub.

Bəllidir ki, Azərbaycan qonşu və digər dövlətlərlə müxtəlif sahələrdə bərabərhüquqlu, o cümlədən qarşılıqlı surətdə faydalı münasibətlər qurmaq, həmçinin əlaqələri inkişaf etdirmək kimi ümumi məqsədi tam şəkildə həyata keçirir. Bu mürəkkəb və çoxtərəfli proses çərçivəsində yürüdülən xarici siyasət ölkəmizin beynəlxalq aləmin önəmli aktoruna çevrilməsinə şərait yaradır.

İlham Əliyevin dediyi kimi, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə tamamilə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. Təbii ki, Ermənistan və onun havadarlarının destruktiv fəaliyyətinə də toxunulur, onun Fransa ilə hərbi-texniki sahədə əməkdaşlığının regional təhlükəsizliyə birbaşa təhlükə törətdiyi vurğulanır.

Prezident İlham Əliyev Azərbaycanın bütün bunlara adekvat tədbirlər görməyə məcbur olduğunu deyib. Məsələn, 2025-ci ildə hərbi büdcənin rekord büdcə olacağını diqqətə çatdıran Prezident Ermənistanın sürətlə silahlanmasının fəlakətə aparan yol olduğunu vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Ermənistan İkinci Qarabağ müharibəsini və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdır. Fakt odur ki, bu qələbə nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə postsovet məkanında siyasi mənzərəni tamamilə dəyişdi, separatizmdən və bölücülükdən əziyyət çəkən dövlətləri hərəkətə keçirdi. MDB məkanında ilk dəfə idi ki, bir dövlət kənar təsir olmadan ərazi bütövlüyünü, suverenliyini bərpa etdi.

Düzdür, bu qələbəyə Qərbin bəzi dövlətlərinin cavabı ağrılı, hətta isterik olsa da, rəsmi Bakı prosesi məntiqi sonluqla başa çatdırmağa nail oldu.

Son zamanlar yeni geosiyasi mübarizə fəal şəkildə vüsət alır, bu mübarizədə aparıcı rolu Fransa və ABŞ kimi Qərb dövlətləri və itirilmiş mövqelərini bərpa etməyə çalışan Ermənistanın özü oynayır. Bu proseslərin fonunda Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələrin Ermənistanda necə revanşist əhvali-ruhiyyəni qızışdırdığını, münaqişənin potensial bərpasına şərait yaratdığını görürük. Buna görə də İlham Əliyev müsahibədə ermənilərə aydın şəkildə mesaj göndərdi - Azərbaycan istənilən hərbi təxribata cavab verəcək.

Prezident müsahibəsində daha sonra on yeddi bənddən ibarət sülh sazişi layihəsinin hələ razılıq əldə edilməmiş iki bəndinin mahiyyətini də açıqlayıb - birincisi, bir-birinə qarşı beynəlxalq iddialardan imtina, ikincisi isə sərhəddə digər ölkələrin nümayəndələrinin, daha dəqiq ifadə etsək, Avropa İttifaqının casusluq missiyası ilə bağlıdır.

Bundan əlavə, Prezident "erməni tərəfinin etməli olduğu" daha iki məqamı qeyd edib. Birincisi, konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının olması səbəbindən onu dəyişdirmək. İkincisi isə Qarabağ münaqişəsinin həlli ilə aktuallığını itirmiş ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməkdir.

İlham Əliyev bildirib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi sadəcə obyektiv şərtdir: “Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.

Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Davam edən silahlanma yarışına gəldikdə, bu, əlbəttə, sülh sazişinin bir hissəsi ola bilməz, amma Ermənistanla qarşılıqlı fəaliyyətin sanki başqa formatının bir hissəsi olacaq. Biz gələcəkdə də, ilk növbədə, bu cür hərəkətlərin onlar üçün fəlakətli olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq”.

Beləliklə, aydın oldu ki, əgər ilk iki bənd - iddialardan imtina və sərhəddə üçüncü ölkələrin nümayəndələrinin yerləşdirilməməsi sülh müqaviləsinin məzmunu kontekstində müzakirə olunursa, digər ikisi - Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi - müqavilə layihəsində birbaşa əks olunmayıb, lakin onun imzalanması üçün Bakının ilkin şərtləridir.

Ölkə Prezidentinin müsahibə zamanı ən maraq doğuran açıqlamalarından biri də Ermənistan iqtidarının tez-tez mövqe dəyişikliyi siyasəti yürütməsi ilə bağlıdır. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərində geridönüşün olmadığını açıqlayan İrəvan Fransa ilə münasibətləri fəallaşdırır. Prezident də bunu regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün birbaşa təhlükə adlandırıb.

Ümumiyyətlə, Prezident Əliyevin müsahibədə verdiyi cavablar regionun gələcək inkişafı ilə bağlı müsbət tendensiyalara köklənib. Eyni zamanda, bütün sağlam düşüncəli insanlara öz kimliyini və suverenliyini dayanmadan qorumağa çağırış əks olunub.

Ümid etmək olar ki, ilk növbədə, Ermənistan bu mesaj və çağırışlara qulaq asacaq, müəyyən nəticələrə gələcək. Bu, onun üçün həyati məsələdir.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Dekabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri