Icma.az
close
up
RU
Prezidentdən tarixi həmlə: TDT birgə hərbi təlimlərə başlayır

Prezidentdən tarixi həmlə: TDT birgə hərbi təlimlərə başlayır

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil”.

Bu sözləri Prezident İlham Əliyev 7 oktyabr 2025-ci ildə Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışı zamanı deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir:

“Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu unikal təklifi bütün türk dünyasında təqdir olunub. Bunun olacağı təqdirdə Türk Dövlətləri Təşkilatının daha da böyüyəcəyinə və hərbi güc kimi də formalaşacağına şübhə yoxdur. Beləliklə, dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının inkişafında daha bir mərhələnin əsasını qoydu.

Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatı kifayət qədər böyük bir yol keçib:

“Bu müddət ərzində siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə böyük inkişaf əldə olunub. Bu təşkilata daxil olan türkdilli ölkələr bir-birilə daha da yaxınlaşıblar. Artıq bu yaxınlıq bir çox birgə addımların atılmasına imkanlar yaradıb. Türk Dövlətləri Təşkilatı hazırda dünyada baş verən təlatümlər və xaos dövründə özünü müdafiə etmək üçün müəyyən addımlar atmalıdır. 

Hesab edirəm ki, Prezident İlham Əliyev də məhz bundan irəli gələrək 2026-cı ildə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təklifi irəli sürülüb”.

Millət vəkili diqqətə çatdırıb ki, bu, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin suverenliyinin və vətəndaşlarının təhlükəsizliyinin qorunması üçün çox mühüm bir addım olacaq:

“Hazırda bütün dünyada müəyyən bir qütbləşmə prosesi başlayıb. Belə bir zamanda, hətta dünyanın yenidən bölüşüdürülməsi ilə bağlı müəyyən siqnallar var. Yəni güclülərin haqlı olduğu kimi bir reallıq yaranıb. Ona görə də bir-birinə yaxın ölkələr birgə əməkdaşlıq yolunu seçirlər.

Bu baxımdan, Türk Dövlətləri Təşkilatının birgə hərbi təlim keçirilməsi təklifinin gözəl bir təşəbbüs olduğunu düşünürəm. Cəmiyyətimizdə də hər zaman belə istək olub. Prezidentin bu çağırışı da zamanında atılmış addımdır, inşallah həyata keçər”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Türk Dövlətləri Təşkilatı hərbi təlim

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri