Icma.az
close
up
RU
Prezidentə təbriklər davam edir

Prezidentə təbriklər davam edir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İsveçrə Konfederasiyası Federal Parlamenti Kantonlar Şurasının (Senatının) sabiq sədri Filippo Lombardi Prezident İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə Sizə dərin hörmət və ehtiramla ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Bu nüfuzlu mükafat Sizin müdrik rəhbərliyinizin və qarşıdurma əvəzinə sülh yolunu seçmək qətiyyətinizin bariz göstəricisidir. Tez-tez ciddi gərginliklərlə səciyyələnən bir dövrdə keçmişdə yaşanmışları deyil, gələcəklə bağlı məsələləri ön plana çəkərək bu istiqamətdə göstərdiyiniz səylər mühüm mənəvi və siyasi əhəmiyyət daşıyır.

2013-cü ildə İsveçrə Konfederasiyasının Kantonlar Şurasının sədri qismində rəsmi səfərim zamanı Bakıda Sizinlə keçirdiyimiz görüşü böyük məmnuniyyətlə və maraqla xatırlayıram. Həmin görüşdə apardığımız dərin məzmunlu fikir mübadiləsi mənim üçün əhəmiyyətli bir xatirə olaraq qalır. O vaxt müzakirə etdiyimiz dialoq prinsiplərini bu gün də Sizin regional və beynəlxalq fəaliyyətinizdə istiqamət olaraq görmək sevindiricidir.

Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişi ilə bağlı əldə olunan tarixi irəliləyiş göstərir ki, əsl güc diplomatiya və barışıqda təcəssüm olunur. Sizin bu istiqamətdə nümayiş etdirdiyiniz qətiyyət beynəlxalq ictimaiyyətə daha sabit və proqnozlaşdırılabilən gələcəyin mümkün olduğuna ümid verir.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edir, Azərbaycan Respublikasına davamlı rifah arzularımı bildirirəm”.

X X X

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə Sizə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.

Mərhum Şeyx Zayedin adını daşıyan bu xüsusi mükafat həyatını tolerantlıq və dinc yanaşı yaşamaq dəyərlərinə həsr etmiş bir liderə layiqli ehtiramdır. Bu şərəfə layiq görülməyiniz cəsarətli liderliyinizin və Cənubi Qafqaz üçün yeni bir sülh fəsli yaratmaq məramına sarsılmaz sadiqliyinizin bariz sübutudur.

Biz Azərbaycan və Ermənistan arasında tarixi sülh təşəbbüsünü böyük ümidlə izlədik. Zati-alinizin də qeyd etdiyi kimi, 2025-ci il avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonrakı aylarda hər iki ölkə cəmiyyətinin ikitərəfli ticarət və tranzit sahəsində ümidverici addımlar da daxil olmaqla, sülhün real faydalar gətirməsinin şahidi olduğunu görmək çox ruhlandırıcıdır. Dialoqdan əməkdaşlığa doğru bu əhəmiyyətli irəliləyiş həqiqətən təqdirəlayiqdir.

ICESCO yekun və hərtərəfli Sülh Sazişinə doğru bu həyati əhəmiyyətli irəliləyişi qətiyyətlə dəstəkləyir. Əminik ki, bu gün qoyulan təməllər regionun gələcək nəsilləri üçün davamlı sabitliyi, təhlükəsizliyi və rifahı təmin edəcəkdir. Təşkilatımız qarşılıqlı anlaşma və həmrəylik körpüləri qurmağı hədəfləyən təhsil, elm və mədəniyyət proqramları vasitəsilə bu səyləri dəstəkləməyə hazırdır.

Azərbaycan xalqı üçün daha firavan və dinc gələcək qurmağa sadiqliyiniz hər dəfə məndə dərin təəssürat yaradır. Bu mükafat Sizin siyasətinizin hazırda regionda harmoniyaya yol açdığını bir daha təsdiqləyir.

Zati-aliləri, bu beynəlxalq mükafata layiq görülməyiniz münasibətilə bir daha səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm. Azərbaycan Respublikasını sarsılmaz sülh və qardaşlıqla müəyyən edilmiş gələcəyə doğru istiqamətləndirmək yolunda Sizə davamlı uğurlar arzulayırıq.

İcazə verin, bu fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı bildirim”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Fevral 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri