Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

“Prezidenti qorumaq üçün çox vaxt yalan danışıram” Böyük Manipulyator

“Prezidenti qorumaq üçün çox vaxt yalan danışıram” Böyük Manipulyator

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əvvəlki yazı

Böyük Manipulyator

2-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.  

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

KİÇİK VƏ BÖYÜK SİRLƏR

Emmanuel Makronun hakimiyyətinin bünövrəsi müəmmalardan, sirlərdən və məxfi əlaqələrdən qurulub. Bu bünövrə ona əvvəllər bir-birinə zidd olan şəbəkələri manipulyasiya etməyə geniş imkan verir. Makron hakimiyyətə gələndə keçdiyi yolları, cığırları silib yox etməkdə, eləcə də ona hakimiyyətə gəlməkdə kömək edən adamları özündən uzaqlaşdırmaqda çox mahirdir.

Bundan başqa, Makron onun hakimiyyətə necə gəldiyini araşdıran jurnalistlərin işini də çətinləşdirməyi ustalıqla bacarır. Onun ətrafındakı qeyri-rəsmi məsləhətçilər nəinki çoxdur, onlar hətta bütün nəzarətdən kənardadılar. Prezident seçkiləri kampaniyası zamanı bu namizəd ancaq Teleqram proqramından istifadə edirdi – klassik mesaj proqramlarına və elektron poçtlara etibar etmirdi. Çevrəsindəki adamları, kontaktda olduğu siyasətçiləri yalandan tərifləyib göylərə qaldırmaq və beləliklə ona lazım olan məsləhətləri almaq. Ətrafındakı işçilərdən biri etiraf edir ki: “Bir də gördün prezident gecə saat birdə, ya ikidə zəng vurub səndən nə isə soruşur, ya müəyyən bir mövzuda sual verir, bəzən mübahisəli məsələlər olanda, yazılı şəkildə açıq-aşkar izahat istəyir. O, bu hərəkəti böyük şirkətlərin rəhbərlərinə, yüksək vəzifəli məmurlara, keçmiş həmkarlarına və institut yoldaşlarına, eləcə də bəzi jurnalistlərə qarşı edir. Təbii ki, özündənrazı, tərifi sevən insanlar, Makronun tərifləri qarşısında əriyib, onun xahişlərini yerinə yetirirlər... Ancaq onların Makrona işi düşəndə, prezident heç onların zənglərinə belə cavab vermir”.

Makron prezident olandan Yelisey sarayında sirr və müəmma kultu ara vermədən davam edir. Emmanuel Makron senatorların narazılığına baxmayaraq, öz komandasındakı “qeyri-rəsmi məsləhətçilərin” sayını artırır. Belə ki, prezidentin komandasındakı səkkiz “missiya icraçısının” adları heç bir rəsmi siyahıda və rəsmi orqaniqramda qeyd olunmayıb. İndiyə qədər onların nə işlə məşğul olduqları hamı üçün sirr olaraq qalır. Bu müəmmanı artıq hamı, eləcə də prezidentin mətbuat orqanı da qəbul edib və buna təbii baxırlar. 2017-ci ilin iyul ayında prezidentin mətbuat şöbəsinin direktoru Sibet Ndiay L’Express jurnalına verdiyi müsahibədə açıq-aydın demişdi: “Tam səmimiyyətimlə etiraf edirəm ki, mən prezidenti qorumaq üçün çox vaxt yalan danışıram...”

Prezident seçkilərindən az sonra tarixçi Patrik Buşeron qeyd etdi ki, Makron siyasi fəaliyyətə özünün bandası – hakimiyyətə və hakimiyyətdə olanlarla dostluğa can atan gənclər bandası ilə başladı. Ancaq cəmi iki ildən sonra, Makronun prezident olmasında əsas rol oynayan və seçki kampaniyasında ona dəstək verən “klan” Benalla məsələsindən sonra dağıldı. İlin əvvəlindən könüllü istefa verənlərin, eləcə də işdən xaric olunanların sayı artdı. İstər-istəməz ortaya belə bir sual çıxır: bu cür hərəkət sistemdəki əxlaqsızlığı və pozğunluğu gizlətməyin bir yoludur, yoxsa bu əxlaqsızlıqları və pozğunluqları sifariş edən adamı qorumaq üçündür? Çünki o vaxt Aleksandr Benallanın missiyası yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmırdı. O, prezidentliyə namizəd Emmanuel Makronun səyahətlərini, xüsusən də xarici ölkələrə olan səfərlərini təşkil edirdi. Makron seçki kampaniyasını maliyyələşdirməkdən ötəri tez-tez Londona, Nyu-Yorka, Beyruta və Əlcəzairə səfər edirdi. Təbii ki, prezidentliyə namizəd olan bir şəxsin yanında daima fırlanan bir adam seçki kampaniyasının çox sirlərini bilir. Ona görə də Benalla məsələsi ortalığa çıxanda, qorxudan prezidentin qarnına ağrı dolmuşdu; 2016-cı ildən bəri "Hərəkətdə!" hərəkatını yaratmaqda ona dəstək olan, indiyə qədər onunla irəliləyən “klan”ı başından eləməyə çalışırdı. Makron yaxşı bilir ki, ona hakimiyyətə gəlməkdə kömək edənlərlə heç olmasa üzdə yaxşı olmalıdır. Vay o adamların halına ki, onlar Makronun qoyduğu qırmızı xətti keçib ona yaxınlaşmağa can atırlar. Necə ki vaxtilə ona vasitəçilik edən, onun seçki kampaniyasına pul toplayan Aleksandr Djuri... Makron prezident olandan sonra Əlcəzairə səfər edəndə, bu adam dəvətsiz-filansız, özünü Fransa səfirliyində prezidentin şərəfinə verilən ziyafətə soxmuşdu... Bir müddət sonra isə o, London aeroportunda, ingilis polisi tərəfindən həbs olundu. 39 yaşında prezident seçilən Makron indi hakimiyyətə gəlməyində ona kömək edən, necə deyərlər, onun nə vaxtsa asılı olduğu adamlarla özü arasında sərhəd qoyur. Özünün etiraf etdiyi kimi hakimiyyətə “oğurluqla” gələn bu adam, prezident olmaq üçün Monteburqun və Villpəntin çevrəsindəki adamlardan, vaxtilə Sarkozini, Şirakı dəstəkləyən Jan-Pier Raffaran, Jan Lui Borlo və onun keçmiş yol yoldaşı DSK (Dominik Stros-Kan) kimi şəxsiyyətlərdən ustalıqla istifadə etdi. Seçki kampaniyası zamanı Fransua Hollandın keçmiş maliyyəçiləri də ona xeyli kömək göstərdilər. “Pis qoxu hiss edən kimi Makron tez onlardan uzaqlaşır. Ancaq bu, o demək deyil ki, o, daha bu adamlardan istifadə etmir”, – deyə onun çevrəsindəkilərdən biri bizə etiraf etdi.

Ardı var

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri