Icma.az
close
up
RU
Arvadı prezidenti kimə qısqanırdı? Böyük Manipulyator

Arvadı prezidenti kimə qısqanırdı? Böyük Manipulyator

Lent az saytına istinadən Icma.az xəbər verir.

Əvvəlki yazı

Böyük Manipulyator

32-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

YELİSEY SARAYINDA PƏRDƏARXASI MÜHARİBƏ

Belə bir kontekstdə hər işə burnunu soxan, hamıya göstəriş verən, sözün əsl mənasında, sarayda özünü kraliça kimi aparan Brijit Makronla prezidentin gənc xüsusi müşaviri İsmael Emelien arasında gərginlik yaranır. Əslində, bu gərginlik onların arasında çoxdan hökm sürür – bu iki adam heç vaxt bir-birini sevməyib. Onların ikisi də siyasi və emosional tərəfdən Emmanuel Makronla yaxın olduqlarından, biri digərini prezidentə qısqanır. “Heç bilmirəm Emmanuel bu İsmael Emeliendə nə görüb?”, – deyə Brijit Makron müntəzəm olaraq yaxın dostlarının arasında Emelienin kölgəsini qılınclayır.

İqtisadiyyat Nazirliyinə siyasi müşavir kimi gələn gündən İsmael Emelien istədi-istəmədi Makronun arvadı ilə dil tapmalıydı, ancaq alınmadı. 2016-cı ilin əvvəlindən Brijit Makron İsmael Emelienin yerinə adam axtarır ki, onu nazirlikdən uzaqlaşdırıb, təzəlikcə yaranan "Hərəkətdə!" hərəkatına göndərsin. Bundan sonra Publicis şirkətinin rəhbəri Moris Levi Makron cütlüyünə məsləhət görür ki, onda İsmael Emelienin yerinə əvvəllər LVMH firmasında və Bollore qrupunda çalışmış Silvan Fortu siyasi müşavir təyin etsin. Beləliklə, gələcək birinci xanımla yeni müşavir arasında yaxşı münasibətlər yaranır... ancaq hələlik. Yelisey sarayının “Dialoq və xatirə” üzrə xüsusi müşaviri təyin olunmamışdan əvvəl Silvan Fort, gələcək prezidentin namizədlik kampaniyasına mətbuat direktoru kimi qoşulur. O zaman gələcək birinci xanım onun intellektual baqajına və klassik mədəniyyətinə vurulur. Gəncliyində opera müğənnisi olan Fort, həm prestijli Normal Yüksək Məktəbinin məzunu, həm də Almaniya mədəniyyəti və tarixi üzrə gözəl mütəxəssisdir. Onun siyasi profili sağçıdır. 2011-ci ildə bu adam Nikola Sarkozinin Ali Təhsil Naziri, Patrik Buissonun (2007-2018-ci illərdə Milli tələbələr Federasiyasının Vitse-prezidenti) sevimlisi Loran Voqiyezilə yaxınlıq edib. Həmin il o, Vivendi şirkətinin kiçik “Fortu qrupuna” daxil olur ki, Nikola Sarkozinin ikinci dəfə prezident seçilməsinə dəstək olsun. Bu qrupda o, sağçılar partiyasından olan məşhur animator Qiyyom Peltiye ilə Nikola Sarkozinin sağ əli, onun çıxışlarını yazan Kamiy Paskal, eləcə də TF1 televiziya kanalının iki keçmiş jurnalisti Şarl Vilnöv və Etiən Muqot ilə tanış olur. Ancaq Sivan Fortun indiki seçimi o qədər də təəccüblü deyil. 2016-cı ilin iyul ayında Emmanuel Makron mətbuat xidmətində çalışan Robert Zaraderə etiraf edir ki: “Kampaniyamız ancaq sağçıların köməyi ilə qalib gələcək...”. Bir neçə həftə sonra Makron sifətində riyakar bir təbəssümlə Püydü Fu şəhərinə gedib Filip dö Vilye (Yazıçı, siyasi xadim, Avropa deputatı, 1994-2018-ci illərdə Fransa hərəkatı partiyasının baş katibi) ilə görüşür. Belə çıxır ki, gələcək prezident, vitse-prezident tərəfindən mükəmməl şəkildə təlim alıb. Brijit Makron ilə İsmael Emelien arasında müharibə hələ də bitməyib. 2016-cı ilin payızında bu missiya icraçısı seçicilərlə sorğu sualdan sonra öz qəhrəmanına (Makron) yaxınlaşıb ona tövsiyə edir ki, arvadının ipini bir az yığsın və hər dəfə onu camaatın gözünə soxmasın. “... O vaxt Brijit hamı tərəfindən şou göstərən bir artist, ancaq bahalı brend paltarlar geyinən, taxdığı daş-qaşları ilə varlı olduğunu reklam edən bir adam kimi özünü aparırdı...”, – deyə onlara yaxın olan bir adam qeyd edir.

Bütün bu atmacalara, bu tənqidlərə baxmayaraq namizəd Makron həyat yoldaşına heç bir söz demir. Ancaq bununla belə, gələcək prezident xüsusi məsləhətçisi İsmael Emeliendən də ayrılmaq istəmir. Makron, necə deyərlər, iki daş arasında qalır. Göründüyü kimi onun iki – biri rəsmi, o biri qeyri-rəsmi – yaxın siyasi məsləhətçisi arasında əsl müharibə gedir: “Hər işə ciddi yanaşan, hər şeyə nəzarət edən Emelien, Brijitin ona dəstək olmamasını, ümumiyyətlə, onu saymamasını həzm edə bilmirdi...”, – deyə cütlüyün yaxın dostlarından biri ovaxtkı təəssüratlarını bizimlə bölüşdü. İş o yerə çatır ki, düşməninə daha ağır xəsarət yetirmək üçün Brijit, qəsdən Havas şirkətinin onurğa sütunu, İsmaelin qatı düşməni olan reklam agenti Jak Seqelaya yaxınlaşır. Bu sonuncu, Emelienin dostu və yol göstərəni Stefan Fuks ilə də açıq-aşkar müharibə aparır. Seçkilərin birinci turunun axşamı, namizədin kampaniyasının komandası məşhur La Rotonde restoranında (Bu restorana yığışmaq Brijitin ideyası idi) ilk turun nəticəsini bayram edəndə, İsmael Emelien gələcək prezidentin nahar etdiyi ikinci mərtəbəyə buraxılmır. Təbii ki, Brijitin göstərişi ilə. Namizədin arvadı heç vaxt razı ola bilməz ki, kampaniyanın başlanğıcında onu komandadan qovmağı təklif edən hansısa bir missiya icraçısı, birinci turun qalibi ilə bir stol arxasında otursun... Bu azmış kimi bir neçə gün sonra gələcək birinci xanım yaxın bir rəfiqəsinin yanında düşmənindən ərinə yenə də şikayət edir: “İsmael Emelien yalquzaq kimi təkdir. Onun əlindən heç nə gəlmir...”.

Ardı var...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri