Icma.az
close
up
RU
Prezidentimizin təyyarə qəzası ilə bağlı sərgilədiyi mövqe dövlətimizin qətiyyətindən xəbər verir Yeni Gündəm

Prezidentimizin təyyarə qəzası ilə bağlı sərgilədiyi mövqe dövlətimizin qətiyyətindən xəbər verir Yeni Gündəm

Yenigundem portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında yaşanan təyyarə qəzası ilə bağlı sərgilədiyi mövqe dövlətimizin qətiyyətindən, ölkəmizin prinsipiallığından xəbər verir”.

Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Təşkilat sədri qeyd edib ki, dövlət başçısı dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində baş verən qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildirib, rəsmi Bakının Moskva qarşısında üç tələb qoyduğunu vurğulayıb:

“Dövlət başçısı müsahibəsində qəza ilə bağlı istintaq prosesinin davam etdiyini, hər şeyin istintaqın nəticəsindən sonra məlum olacağını söyləsə də, bugünə qədər məlum olan bir çox faktların da qəzanın səbəbi ilə bağlı çox şey dediyini qeyd etdi. Ölkə başçısı bildirdi ki, bütün faktlar təyyarənin kənar müdaxiləyə məruz qaldığını, ona atəş açıldığını göstərir. Bununla bağlı çoxsaylı sübutların mövcudluğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, ortada bu qədər ciddi faktlar ola-ola qəzanı hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək vicdansızlıqdır.

Dövlət başçısı Azərbaycanın Rusiya qarşı irəli sürdüyü tələblərə də aydınlıq gətidi. Cənab Prezident bildirdi ki, bu tələblərdən biri Rusiyanın üzr istəməsi, ikincisi, günahkarların cəzalandırması, üçüncüsü, Azərbaycana kompensasiyanın ödnilməsidir. Hansı ki, bütün bu tələblər tamamilə qanunidir və beynəlxalq hüquqa əsaslanır”.

Polkovnik qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin zərər görməməsi, habelə haqqın, ədalətin bərpası baxımından rəsmi Bakının irəli sürdüyü tələblərin tam şəkildə yerinə yetirilməsi vacibdir:

“Azərbaycan təyyarə qəzası ilə bağlı Rusiyaya qarşı üç şərt irəli sürüb ki, bunlardan da biri yerinə yetirilib. Rusiya üzr istəyib. Lakin qalan iki tələbin yerinə yetirilməsi – günahkarların müəyyən edilərək cəzalandırılması və Azərbaycana kompensasiyanın ödənilməsi də olduqca vacibdir. Bu, həm haqqın, ədalətin öz yerini alması, həm də Azərbaycan-Rusiya münasibətlərinin qorunub saxlanılması və gələcəyi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanın mövqeyi tamamilə haqlıdır və bu mövqe beynəlxalq hüquqa əsaslanır. Ümid edirəm ki, Rusiya bu məsələdə üzərinə düşən məsuliyyəti lazımınca dərk edəcək və bu məsuliyyətdən irəli gələn bütün addımları atacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 30 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see157

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see125

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri