Icma.az
close
up
RU
Prezidentin AMEA dan verdiyi mesajlar: Daha güclü və qüdrətli Azərbaycan

Prezidentin AMEA dan verdiyi mesajlar: Daha güclü və qüdrətli Azərbaycan

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı tədbirində çıxışı Azərbaycanın qarşısında duran çağırışlar və hədəflər baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

Deputatın sözlərinə görə, cənab Prezident çıxışında bəyan edib ki, əgər son beş ilədək Azərbaycanın qarşısında duran əsas hədəf Ermənistanın işğalına son qoymaq və ərazi bütövlüyünü təmin etmək idisə, artıq Azərbaycan ərazi bütövlüyünü və tam suverenliyini bərpa edərək tamamilə yeni reallıqlar yaradıb.

“Müharibədə qalib gələn Azərbaycan bu gün bölgədə sülh prosesinin də qalibidir.
Əgər biz bu gün beynəlxalq aləmdə baş verən proseslərə nəzər salsaq, görərik ki, dünya iqtisadiyyatı tamamilə dəyişib. Dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud qaydaların aradan qaldırılması hər kəsin gözü önündədir. Amma buna baxmayaraq, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan son 22 ildə davamlı uğurlar əldə edib.

Bütün bu uğurlar cənab Prezidentin qlobal çağırışlara çevik reaksiya verərək dünyadakı böhranları Azərbaycan üçün fürsətə çevirməsi nəticəsində mümkün olub. Bunun nəticəsidir ki, Azərbaycan bir neçə gündən sonra Şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcək.
Son onilliklərin tarixinə nəzər salsaq, görərik ki, Azərbaycan qədər parlaq və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Nəticə etibarilə Azərbaycan tamamilə fərqli reallıq yaradaraq qalib dövlətin qalib xalqı və vətəndaşı kimi yeni mərhələdə yaşayır. Bu isə Azərbaycanın, xüsusilə də elm adamlarının və alimlərin qarşısında yeni vəzifələr qoyur”, – deputat qeyd edib.

İmamverdi İsmayılov əlavə edib ki, cənab Prezidentin AMEA-da çıxışında verdiyi mesajlar Azərbaycanın yaratdığı yeni vəziyyətə uyğun olaraq qarşısında duran çağırışlarla bağlı idi:
“Birincisi, Azərbaycan öz addımlarını dəyişən dünyada gedən proseslərə uyğunlaşdırmalı və yeni təşəbbüslərlə çıxış etməlidir. Çünki bugünkü və gələcək inkişaf prioritetləri əvvəlki dövrdən fərqlənir.

Hər bir ölkənin inkişafını və təhlükəsizliyini təkcə iqtisadi potensialı və resursları deyil, həm də texnoloji imkanları müəyyənləşdirir. Texnoloji imkanlar eyni zamanda müdafiə qabiliyyətində mühüm rol oynayır. Dünyada gedən müharibələrdə biz bunun şahidi oluruq.

Azərbaycanın 44 günlük Vətən müharibəsində ən müasir texnoloji standartlara cavab verən silahlardan istifadə etməsi müharibə paradiqmasını dəyişdi. Odur ki, hər bir ölkənin inkişafında cəmiyyətin intellektual potensialı, texnoloji və elmi səviyyəsi həlledici amildir. Təbii resurslar hədəfə çatmaq üçün vasitədir, lakin tükənməz sərvət intellektual potensialdır.

İkincisi, hazırda Azərbaycanda elmi və texnoloji inkişafın əsas prioriteti süni intellektin inkişafıdır. Süni intellekt o qədər sürətlə irəliləyir ki, artıq həyatımızı onsuz təsəvvür etmək mümkün deyil. Buna görə də bu sahə Azərbaycanda müasir dövrün tələblərinə uyğun şəkildə qurulmalıdır. Gələcək inkişaf məhz süni intellektin səviyyəsindən asılı olacaq. Bu baxımdan Azərbaycan alimləri bu istiqamətdə öz sözlərini deməlidirlər.

Üçüncüsü, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının üzə çıxarılması, bu bölgələrin ölkə iqtisadiyyatına inteqrasiyası və inkişafına töhfə verilməsində azərbaycanlı alimlərin, xüsusilə geoloqların rolu mühüm olacaq.

Dördüncüsü, rəqəmsallaşmanın daha geniş və keyfiyyətli şəkildə tətbiqində elm adamları müstəsna rol oynamalıdır.

Beşincisi, kibertəhlükəsizlik məsələsidir. Bu gün kibertəhlükəsizlik dövlətləri ciddi şəkildə təhdid edən amillərdəndir. Ona görə bu sahədə dövlət və Azərbaycanın elm ictimaiyyəti birgə fəaliyyət göstərməlidir.

Altıncısı, Azərbaycanın hərbi sənayesinin sürətli inkişafı da elmi yanaşma tələb edir. Müdafiə sənayesi kompleksinin inkişafında və rəqabətqabiliyyətli müdafiə məhsullarının istehsalında alimlərin rolu xüsusi əhəmiyyət daşıyır.

Digər mühüm məsələ isə bərpa olunan enerji sahəsinin inkişafıdır ki, bu da Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir.

Əminəm ki, Azərbaycan alimləri cənab Prezidentin bu mesajlarından düzgün nəticə çıxaracaq və fəaliyyətlərini bu çağırışlara adekvat şəkildə quracaqlar. Güclü olmaq üçün əsas şərt qlobal çağırışlara vaxtında reaksiya verərək ölkə iqtisadiyyatını dövrün tələblərinə uyğun gücləndirməkdir.

Çünki bu gün güc amili reallıqdır. Cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan qarşısında duran çağırışlara və hədəflərə nail olaraq dünyanın güclü, qüdrətli, inkişaf etmiş ölkələrindən birinə çevriləcək”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Noyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri