Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Prezidentin BMT də tarixi çıxışı: Azərbaycanın inkişaf modeli, ədalət çağırışı və qlobal əməkdaşlıq vizyonu ŞƏRH

Prezidentin BMT də tarixi çıxışı: Azərbaycanın inkişaf modeli, ədalət çağırışı və qlobal əməkdaşlıq vizyonu ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısının nitqi təkcə regiondakı tarixi ədalətsizliklərin və Ermənistanın törətdiyi cinayətlərin xatırladılması deyil, həm də Azərbaycanın inkişaf modelinin, iqtisadi siyasətinin və beynəlxalq əməkdaşlıq baxışının qlobal səviyyədə təqdimatı idi. Prezident İlham Əliyev çıxışında Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlının öz yurdundan didərgin salındığını vurğuladı. Bu, yalnız humanitar faciə deyil, həm də ciddi iqtisadi nəticələr doğuran amildir. İşğal illərində Azərbaycanın böyük iqtisadi potensiala malik torpaqları viran qoyuldu, kənd təsərrüfatı, infrastruktur və təbii sərvətlər məhv edildi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün mandat alsa da, heç bir nəticə ortaya qoya bilmədi: “Bu siyasi və diplomatik boşluq yalnız Azərbaycanın gücü hesabına dolduruldu. 2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və 10 noyabr tarixli kapitulyasiya aktı həm də regionun iqtisadi inkişafı üçün yeni imkanların açılmasına səbəb oldu.

Qələbədən dərhal sonra Azərbaycan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə başladı. Bu layihələr təkcə infrastrukturun bərpası deyil, həm də ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçididir. Şəhərlər “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyası ilə qurulur, bölgə beynəlxalq investisiyalar üçün cəlbedici məkana çevrilir.

Lakin Ermənistanın işğal illərində ərazilərimizə yerləşdirdiyi minalar bu inkişaf prosesinə ciddi təhlükə yaradır. Bu problem həm insan həyatına, həm də iqtisadi fəaliyyətə birbaşa təsir göstərir və beynəlxalq ictimaiyyətin daha fəal dəstəyini tələb edir.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, regional bağlantılar davamlı sülhün əsasını təşkil edir. Azərbaycanın yerləşdiyi coğrafiya Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin qovşağında yerləşməklə ölkəmizi qlobal logistika və enerji təhlükəsizliyində əvəzsiz aktora çevirir. Bu dəhlizlər dünya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın tranzit imkanlarından gəlirlərini də artırır. Regionun inkişafı, ticarət axınlarının şaxələndirilməsi və yeni bazarlara çıxış imkanları ölkəmizin iqtisadi dayanıqlığını möhkəmləndirir”.

Tahir Mirkişili Azərbaycan iqtisadiyyatının son illərdə əldə etdiyi uğurların beynəlxalq aləmdə də nümunə kimi göstərildiyini qeyd edib: “Prezident İlham Əliyevin də çıxışında vurğuladığı kimi, yoxsulluğun və işsizliyin 5 faizə endirilməsi ölkəmizin sosial-iqtisadi siyasətinin uğurlu nəticəsidir. Bu, həm dövlət siyasətinin dayanıqlığını, həm də vətəndaşların rifah səviyyəsinin yüksəldiyini göstərir.

Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın 1992-ci ildə qəbul olunmuş Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin icrasını dayandırması Azərbaycan iqtisadiyyatına qarşı illərlə tətbiq olunmuş ədalətsiz məhdudiyyətlərin aradan qalxmasına şərait yaratdı. Bu qərar iqtisadi əməkdaşlıq imkanlarını genişləndirən mühüm addım idi.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal ekoloji məsələlərdə liderliyini nümayiş etdirir. Prezident İlham Əliyev yaşıl keçidə sadiqliyimizi vurğulamaqla yanaşı, iqtisadi reallıqlardan uzaq hədəflərin qoyulmasının faydasız olduğunu diqqətə çatdırdı. Bu yanaşma Azərbaycanın iqtisadi siyasətində praqmatizmin və reallığa əsaslanmanın əsas prinsip olduğunu göstərir.

Xəzər dənizinin su ehtiyatının azalması probleminin beynəlxalq müstəviyə çıxarılması da əslində iqtisadi və ekoloji təhlükəsizlik baxımından strateji məsələdir. Bu, yalnız Azərbaycanın deyil, bütün regionun inkişafına təsir göstərir.

Azərbaycan humanitar yardımları ilə də tanınır. Bu, dövlətimizin qlobal məsuliyyətə sadiqliyini göstərməklə yanaşı, ölkəmizin beynəlxalq imicini gücləndirir.

Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının islahatları ilə bağlı irəli sürdüyü təkliflər – Şuranın genişləndirilməsi və Qoşulmama Hərəkatının daimi nümayəndə ilə təmsil olunması ideyası – beynəlxalq idarəetmədə ədalətin təmininə yönəlmişdir. Bu yanaşma Azərbaycanın yalnız iqtisadi deyil, həm də siyasi baxımdan qlobal sistemdə ədaləti müdafiə etdiyini göstərir.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın beynəlxalq imicini möhkəmləndirməklə yanaşı, ölkəmizin iqtisadi gücünün, sosial inkişaf modelinin və beynəlxalq əməkdaşlığa bağlılığının da təsdiqi oldu: “Azərbaycan artıq yalnız regional sabitlik və təhlükəsizlik aktoru deyil, həm də qlobal iqtisadi və ekoloji məsələlərin həllində fəal tərəfdaşdır. Son illərdə əldə etdiyimiz nailiyyətlər göstərir ki, Azərbaycanın inkişaf modeli sülh, ədalət və iqtisadi dayanıqlılıq üzərində qurulub və bu model beynəlxalq hüququn üstünlüyünün praktiki sübutudur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see225

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see217

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see200

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see187

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see184

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see176

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri