Icma.az
close
up
RU
Prezidentin bu gün açılışını etdiyi BöyükşorPirşağı yolu tıxacların aradan qaldırılmasında necə rol oynayacaq?

Prezidentin bu gün açılışını etdiyi BöyükşorPirşağı yolu tıxacların aradan qaldırılmasında necə rol oynayacaq?

Operativmedia saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər veridiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 7-də Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışını edib.


"Operativ Media" xəbər verir ki, Böyükşor-Pirşağı yeni avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.


Paytaxtda nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq bu yol 1b texniki dərəcəyə uyğun olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir.


Layihəyə əsasən, yolboyu 6 yol ötürücüsü və bir avtomobil keçidi inşa edilib. Bundan başqa, yolboyu 3 yerdə “U” tipli geri dönüş keçidi yaradılıb.


Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb.Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb. Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb.

Böyükşor-Pirşağı yolu tıxacların aradan qaldırılmasında necə rol oynayacaq?

Məsələ ilə bağlı "Operativ Media"ya danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu yol tıxacların azalmasına böyük bir töhfə verəcək.

"Böyükşor-Pirşağı yeni avtomobil yolu, Mastağa və əsasən Zabrat ərazisində olan uzun tıxacların aradan qaldırılmasına müsbət təsir göstərəcək. Bu yol, Bakı ətrafı qəsəbələrdən – Nardaran, Pirşağı, Məhəmmədi, Mehdabad, qismən Novxanı və Binəqədi, həmçinin Sabunçu rayonunda yerləşən Balaxanı qəsəbəsindən keçən tıxacların azalmasına böyük bir töhfə verəcək.

Böyükşor-Pirşağı yeni avtomobil yolu, Zabrat dairəsi-Pirşağı-Maştağa istiqamətində (əks istiqamət də daxil olmaqla) alternativ yol funksiyasını yerinə yetirəcək. Bu yol, şəhərin mərkəzi hissəsindən yaz mövsümündə Bakı kəndlərinə çıxışı təmin edəcək.

Bundan əlavə, Böyükşor-Pirşağı yeni avtomobil yolu, sadaladığım ərazilərdə yaşayan vətəndaşların birbaşa olaraq “Ulduz”, “Koroğlu”, “Bakmil” və “Dərnəgül” metrostansiyalarına çıxışını təmin edəcək. Təbii ki, yeni yolun istifadəyə verilməsi ilə yeni marşrut xəttləri də açılacaq.

Böyükşor-Pirşağı yeni avtomobil yolu “Koroğlu” metrostansiyasından Pirşağı ərazisinə qədər olan 13-14 km məsafənin qısalmasına səbəb olacaq. Bu, Bakı şəhərindəki tıxaclar nəzərə alındıqda, vaxt baxımından böyük əhəmiyyət kəsb edir. Buna görə də Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılması çox mühüm və müsbət bir addımdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 07 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri