Icma.az
close
up
RU
Prezidentin Çinə səfəri ümumbəşəri niyyətlər naminə tarixi əhəmiyyətə malikdir ŞƏRH

Prezidentin Çinə səfəri ümumbəşəri niyyətlər naminə tarixi əhəmiyyətə malikdir ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pekin Bakıya bərabərhüquqlu tərəfdaş, İlham Əliyevə isə hesablaşılan qlobal lider kimi kimi baxır


Azərbaycan və Çin müasir dünya nizamına və qlobal miqyasda baş verən siyasi, iqtisadi və sosial proseslərə oxşar yanaşma sərgiləyir, bu məsələlərdə ortaq mövqe nümayiş etdirirlər. Hər iki dövlət beynəlxalq münasibətlərin əsasını təşkil edən BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiqliyini ifadə edir, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına böyük önəm verir. Onlar hegemonluğa, birtərəfli siyasətə və güc tətbiqinə əsaslanan yanaşmalara qarşı çıxır, dövlətlərarası münasibətlərdə bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin vacibliyini vurğulayırlar. Eyni zamanda, Azərbaycan və Çin sülh, davamlı inkişaf, sosial ədalət, demokratiya və insan azadlıqları kimi ümumbəşəri dəyərlərin təşviqinə və möhkəmləndirilməsinə dəstək verir, bu sahədə əməkdaşlıq imkanlarını genişləndirməyə çalışırlar.


Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin şaxələndirilmiş xarici siyasət kursu, ölkəmizin hərbi-siyasi qələbələri ilə yaratdığı yeni reallıqda artan nüfuzumuz bizə istənilən güc, o cümlədən də Çin Xalq Respublikası ilə bərabərhüquqlu tərəfdaşlıq imkanı verir:


"Çinlə strateji tərəfdaşlıq dövlət başçımızın da ifadə etdiyi kimi, “böyük nailiyyət və böyük məsuliyyətdir". Prezident İlham Əliyevin vizyonu Cənubi Qafqazda nə əhali, nə ərazi göstəriciləri ilə Çinlə müqayisə olunmayan Azərbaycanı elə bir səviyyəyə çatdırıb ki, Pekin özü Bakıya bərabərhüquqlu və güvənilir tərəfdaş, cənab İlham Əliyevə isə hesablaşılan qlobal lider kimi kimi baxır. Təsadüfi deyil, son 4 ayda yüz milyonlarla auditoriyası olan 3 böyük Çin mediası Azərbaycan Prezidentindən müsahibə alıb. Azərbaycanı Pekin üçün ilk növbədə Prezident İlham Əliyevin simasında sözünə, vədinə sadiq liderin mövcudluğu arzuolunan tərəfdaşa çevirir. Məsələn, heç uzağa getməyək, cəmi 6 ay öncə Çində gördülər ki, bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq kampaniyalarına baxmayaraq, Azərbaycan siyasi iradə və peşəkarlıqla COP29-u uğurla realizə edib prosesdən qalib qlobal təşəbbüskar tərəf kimi ayrıldı. Yəni Pekində əmindirlər ki, kənardan heç kəs nə Azərbaycan liderinin iradəsinə təsir edə, nə də ölkənin müstəqil xarici siyasət kursuna fərqli yön verə bilməz. Yəni sözümüz imzamızdır. Azərbaycan lideri vədlər vermir, ortada real fəaliyyət var və son 20 ildə sabit və təhlükəsiz şəraitdə ölkəmizdə həyata keçirilən layihələr Çinə “Kəmər və yol” təşəbbüsü çərçivəsində imkanları reallaşdırmaq üçün tam yeni perspektivlər açır".


Deputat qeyd edib ki, Azərbaycan Çindən yalnız idxalı artırmır, eyni zamanda dövlət başçımızdan müsahibə alarkən Sinxua agentliyinin müxbirinin də ifadə etdiyi kimi, “Azərbaycan məhsulları minlərlə çinli ailənin evinə daxil olur":

"Yəni biz hər mənada, istər iqtisadi əməkdaşlıq, istər beynəlxalq müstəvidə iki ölkənin ümumi maraqlarının müdafiəsi, həmçinin sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviqi baxımdan bu strateji tərəfdaşlıqdan qazanırıq.

Xüsusən qərb imperializminin insan haqları və demokratiya pərdəsi altənda xaç yürüşləri fonunda Azərbaycan-Çin strateji tərəfdaşlığı  sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlıq kimi ümumbəşəri dəyərlərə həqiqi və effektiv yanaşma tərzinin nə olduğunu ortaya qoyur. Bu baxımdan, heç şübhəsiz ki, möhtərəm Prezidentin Çinə dövlət səfəri, keçirdiyi görüşlər və imzalanan sənədlər ümumbəşəri niyyətlər naminə tarixi əhəmiyyətə malik hadisədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri