Azərbaycan dilinin inkişaf məsələsi dövlət düşüncəmizin mərkəzində dayanır Spiker
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Biz bu gün Azərbaycan dilindən danışacağıq. Konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişaf strategiyalarını müzakirə etmək, ziyalıların bu istiqamətdə vəzifələrini müəyyən etməkdir”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı spiker Sahibə Qafarova deyib.
"Dilimiz bizim tarixi yaddaşımız, dövlətçiliyimizin təməli, milli mənəviyyatımızın özəyidir. Dilimizin qorunması ilə bağlı qəbul edilən qanunlar, qərarlar və proqramlar məhz parlamentin iştirakı ilə gerçəkləşdirilir. Azərbaycan dilinin inkişaf məsələsi həmişə dövlət düşüncəmizin mərkəzində dayanır. Xalqın mənəvi sərvətlərinin, dilinin qorunub saxlanması üçün hüquqi əsaslar genişləndirilib”, - deyə spiker bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 08 Dekabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















