Icma.az
close
up
RU
“Prezidentin Gəncə səfəri şəhərin həyatında yeni mərhələ açdı” Deputat

“Prezidentin Gəncə səfəri şəhərin həyatında yeni mərhələ açdı” Deputat

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı Gəncə Memorial Abidəsinin açılışında Nilayla görüşməsi və onunla səmimi söhbəti, daha sonra isə Gəncə stadionunda III MDB Oyunlarının açılışında Gəncə şəhərindən olan digər şəhid övladları ilə birlikdə, həm onlarla, həm də Mehriban xanımla görüşməsi, tədbirdən öncə və sonra açılış mərasimini birlikdə izləmələri, xatirə şəkilləri çəkdirmələri hər kəs tərəfindən maraqla qarşılandı. Mən də bu prosesləri canlı izləyən gəncəlilərdən biri olaraq çox qürurluyam".

Bu fikirləri Redaktor.az-a prezidentin Gəncə səfərindən bəhs edən millət vəkili Naqif Həmzəyev bildirdi.

Onun sözlərinə görə, şəhid övladlarına və şəhid ailələrinə Azərbaycan dövləti, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə diqqət göstəriblər:

"Biz bu kateqoriyaya aid insanların bütün problemlərinin ən yüksək səviyyədə həllinə şahid olmuşuq və bu gün də həmin münasibət davam edir. Məhz Gəncə şəhərinin tarixində mühüm yer tutacaq bu hadisələrdə də eyni mənzərəni gördüyümüz üçün çox xoşbəxtik. Unutmamalıyıq ki, Xankəndi stadionunun açılışı zamanı da oxşar hadisənin şahidi olmuşduq. Onda da şəhid övladları ilə birlikdə futbol oyununa baxmışdılar. Dünən də eyni mənzərəni gördük və buna çox sevindik".

Deputat əlvə etdi ki, bu, həm Gəncədəki şəhid övladlarına bir dəstək idi, həm də bütövlükdə gəncəlilər üçün böyük diqqət göstəricisi oldu:

"Xüsusilə şəhərdə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri əhali tərəfindən rəğbətlə qarşılandı. Gəncənin MDB İdman Paytaxtı seçilməsi də tarixi hadisədir. Eyni zamanda bu tədbirlərə hazırlıqla əlaqədar şəhərin siması tamamilə dəyişdi. Gəncə üçün ən ciddi problemlərdən biri olan yol məsələsi aradan qalxdı. Raket hücumları nəticəsində dağılmış ərazilərdən birində Memorial Abidənin ucaldılması, parkın salınması şəhid ailələri və müharibə qurbanları üçün fəxarət mənbəyidir. Burada tikilən böyük muzeydə müharibənin gedişinə dair bütün hadisələr əks olunub. Xüsusilə Gəncəyə raket zərbələri zamanı baş verən faciələri əks etdirən bütün məlumatlar muzeydə yer alıb.

Bununla yanaşı, Gəncənin nəqliyyat infrastrukturunda da böyük dəyişikliklər baş verdi. Artıq "BakuBus" avtobusları Gəncədə fəaliyyət göstərir. Şəhərin Dəmiryolu Vağzalının siması tamamilə yenilənib və Gəncəyə gələn qatar reyslərinin sayı artıb. Bir sözlə, Gəncənin həyatında ciddi dəyişiklik baş verib. İdman Kompleksi və İdman Sarayı da bu proseslərin tərkib hissəsinə çevrilib. Bunlar idman yarışlarının keçirildiyi əsas məkanlardan biridir. Bütün bu diqqətə, Gəncəyə göstərilən qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, hər kəsin yaddaşında əbədi qalacaq bu günlər, şəhid övladlarına göstərilən qayğı, analıq nəvazişi ilə əks olunan həmin anlar heç vaxt unudulmayacaq".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri