Gəncə alimlərindən bu şəhərin incəsənət tarixinin öyrənilməsinə töhfə
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Yenicə çapdan çıxmış “Gəncə incəsənəti” adlı kitab şəhərin qədim və müasir yaradıcılıq nümunələrinin müfəssəl toplusu xarakterindədir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin tədqiqat istiqamətlərindən biri kimi, həmçinin bu qədim şəhərin tarixin müxtəlif dövrlərinə aid sənət nümunələrinin sistemləşdirilərək, vahid toplu halında nəşri məqsədilə bu adda monoqrafiya çapdan çıxıb.
“Gəncə incəsənəti” şəhərin mövcudluğundan üzü bəri, burada müxtəlif istiqamətləriə aid sənət əsərlərini əhatə etməsi baxımından öz universallığı və rəngarəngliyi ilə seçilir. İstər fundamental elmi, istər də kütləvi xarakteri ilə bu nəşr Gəncənin şəhər və el mədəniyyətinini tədqiq edənlər, eləcə də öyrənənlər üçün sanballı hədiyyədir.
AMEA-nın Gəncə Bölməsində kitabın nəşrinin başa çatdırılması münasibətilə keçirilən toplantıda da elə bu məsələlərdən danışılıb.
Nəşrin layihə rəhbəri, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev “Gəncə incəsənəti” monoqrafiyasının həm elmi mötəbərlik, həm də əsrlərdən gələn milli ruha bağlılıq baxımından bu şəhərin tarixi və mədəniyyəti üçün bir töhfə kimi hazırlandığına diqqət çəkib.
O, kitabın ərsəyə gəlməsi prosesində memarlıq, heykəltəraşlıq, dekorativ-təsviri sənət, zərgərlik və digər bədii-metalişləmə sahələri, xalçaçılıq, ipəkçilik və sair toxuculuq üsulları, gil-saxsı və çini istehsalı və rəssamlığı, musiqi yaradıcılığı, həmçinin müxtəlif yönlü el sənəti və digər sənətkarlıq nümunələri üzrə mövzuların istiqamətlərinin işlənildiyi vurğulayıb.
Akademik Fuad Əliyev “Gəncə incəsənəti”nin mətn, illüstrasiya və tərtibatında elmi, informativ və estetik prinsiplərin bir-birini tamalamasını qeyd edib və bu sammballı əsərin işıq üzü görməsi münasibətilə təbriklərini çatdırıb, onun ərsəyə gəlməsi üçün əzmlə çalışan əməkdaşlara xüsusi təşəkkürünü bildirib.
Qeyd edək ki, Gəncə alimləri sözügedən toplu üzərində 2017-ci ildən bəri çalışıblar.
Zakir Muradov,
Gəncə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 15 Sentyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















