Icma.az
close
up
RU
Prezidentin kadr siyasəti dövlətin inkişaf modelinin mühüm elementidir ŞƏRH EDİLDİ

Prezidentin kadr siyasəti dövlətin inkişaf modelinin mühüm elementidir ŞƏRH EDİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Prezidentin kadr siyasəti istənilən siyasi sistemdə dövlət idarəçiliyinin keyfiyyətini müəyyən edən əsas faktorlardan biridir. Xüsusilə güclü icra hakimiyyəti modelinin mövcud olduğu ölkələrdə kadr seçimi yalnız inzibati məsələ deyil, həm də siyasi kursun və strateji prioritetlərin praktik həyata keçirilməsi mexanizmidir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda həyata keçirilən institusional dəyişikliklər və struktur islahatları fonunda kadr siyasəti daha çox diqqət mərkəzinə çevrilib: "Yeni nəslin dövlət idarəçiliyinə cəlb olunması, xaricdə təhsil almış və müasir idarəetmə təcrübəsinə malik şəxslərin məsul vəzifələrə gətirilməsi dövlət aparatının çevikliyini və qərarvermə prosesinin effektivliyini artırmağa yönəlib. Bu, eyni zamanda, idarəçilikdə meritokratiya prinsipinin gücləndirilməsi cəhdi kimi də qiymətləndirilə bilər. Kadr siyasətinin əhəmiyyəti ilk növbədə idarəetmədə hesabatlılıq və nəticəyönümlülük mexanizmlərinin formalaşdırılmasında özünü göstərir. Dövlət başçısının müəyyən etdiyi strateji xəttin icrası birbaşa olaraq icraçı komandanın peşəkarlığından və koordinasiya qabiliyyətindən asılıdır. Əgər kadr seçimi siyasi loyallıqla yanaşı peşəkar kompetensiyaya əsaslanırsa, bu, dövlət institutlarının dayanıqlığını artırır və uzunmüddətli inkişaf strategiyalarının icrasını təmin edir. Digər tərəfdən, kadr siyasəti siyasi sabitliyin qorunmasında da mühüm rol oynayır. İdarəetmədə generasiya dəyişikliyi və institusional yenilənmə cəmiyyətin dəyişən tələblərinə uyğunlaşmanı asanlaşdırır. Müasir dövrdə rəqəmsallaşma, iqtisadi şaxələndirmə və qlobal rəqabət kimi çağırışlar qarşısında çevik və innovativ düşüncəyə malik kadrların önə çıxarılması strateji zərurətə çevrilib. Bununla yanaşı, kadr siyasəti həm də siyasi məsuliyyət mexanizmidir. Uğursuz idarəçilik nümunələri və ya sistemli problemlər olduqda kadr dəyişiklikləri vasitəsilə dövlət idarəetməsində korrektələr aparılır. Bu, idarəetmə sisteminin özünü tənzimləmə funksiyasının göstəricisidir.

Ümumilikdə, Prezidentin kadr siyasəti yalnız fərdi təyinatlar toplusu deyil, dövlətin inkişaf modelinin mühüm elementidir. Düzgün formalaşdırılmış və davamlı şəkildə yenilənən kadr korpusu ölkənin siyasi sabitliyini, iqtisadi inkişaf tempini və beynəlxalq rəqabət qabiliyyətini birbaşa müəyyən edən amillərdən biridir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri