Prezidentin köməkçisi: 52 aqropark kənd təsərrüfatının inkişafını sürətləndirib
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın 32 rayonunda yaradılmış 52 aqropark kənd təsərrüfatının inkişafını sürətləndirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Xalid Əhədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən aqrar islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsini də zəruri edib: "Ölkə Prezidentinin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınmış və ya uzunmüddətli icarəyə götürülərək əkin dövriyyəsindən çıxarılmış, uzun illər istifadə olunmayan 169,1 min hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qaytarılıb. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq ölkənin 32 rayonunda 52 aqropark yaradılıb. Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edib, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, bəzi məhsullar üzrə idxaldan asılılığın azaldılmasına və məşğulluğun artırılmasına mühüm töhfə verib".
"Kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa subsidiyaların verilməsi aqrar sahənin hərtərəfli inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas dövlət dəstəyi mexanizmi kimi qəbul olunub. Tətbiq olunan yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, bütövlükdə isə dayanıqlı inkişafı təşviq edir", - deyə X.Əhədov əlavə edib.
Onun sözlərijnə görə, aqrar sahədə rəqabətqabiliyyətli istehsala keçid sürətləndiriləcək. "Dövlət Proqramı 2026–2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalında dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin daha da dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha yüksək nəticələrin əldə olunmasına töhfə verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 22 İyun 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















