Icma.az
close
up
RU
Prezidentin köməkçisi Azərbaycanın COP29a ev sahibliyini tənqid edənlərə tutarlı cavab verib

Prezidentin köməkçisi Azərbaycanın COP29a ev sahibliyini tənqid edənlərə tutarlı cavab verib

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən səsləndirilən "Azərbaycan neft ölkəsi kimi COP29 keçirə bilməz" fikrini şərh edib.
Demokrat.az
xəbər verir ki, Prezidentinin köməkçisi COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, ümumiyyətlə 29 COP keçirilib. Burada İsveçrədən başqa, demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkələr olub.
"Məsələnin digər tərəfi də budur ki, ümumiyyətlə, qazıntı yanacaqları ilə əlaqədar bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvü olan tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər. Burada yenə də ucuz xarakterli populist elementləri görürük.
Bu gün dünyanın real tələbatları var və qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir. Təbii ki, iqlim dəyişikliklərinə mənfi təsir göstərir, ancaq bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan müzakirələr aparmaq", - Prezidentin köməkçisi qeyd edib.
O əlavə edib ki, bu günə qədər COP-a ev sahibliyi edən ölkələr bu və ya digər formada qazıntı yanacaqları, kömür istehsalçılarıdır:
"Bizdən əvvəl Avropa ölkələri bu tədbirə ev sahibliyi ediblər. Məsələn, götürək Polşanı. Polşa bu gün dünyada ən çox kömür istehsal edən ölkələr sırasındadır. COP, həmçinin, Böyük Britaniyada, Qlazqoda keçirilmişdi. Qlazqo dünyada kömür istehsal edən mərkəzlərdən biridir. Ona görə də burada qarşılıqlı ittihamlar qaldırmaq deyil, nəticəyönümlü müzakirələrə töhfə vermək lazımdır".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see206

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see172

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see150

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see144

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see139

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see134

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see133

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see125

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see122

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri