Prezidentin köməkçisi təyin olunan Şahmar Mövsümov kimdir? DOSYE
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Prezident İlham Əliyev Şahmar Mövsümova yüksək vəzifə verib.
BAKU.WS xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Şahmar Mövsümov Prezidentin köməkçisi təyin olunub.
Qeyd edək ki, Yeni vəzifəyə təyin olunan Şahmar Mövsümov — Azərbaycan Respublikasının Dövlət Neft Fondunun sabiq İcraçı direktorudur. O, 31 yanvar 1972-ci ildə anadan olmuşdur.
Təhsili1990 - 1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsi, İqtisadçı.
2003 - 2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbinin dövlət idarəçiliyi üzrə magistrı
İxtisaslaşmaDövlət Maliyyəsi
İş təcrübəsi1995 - 2005-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.
2005 - 2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində işləyib.
15 may 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru vəzifəsində çalışır.
2006 - 2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün hökumət Komissiyasının sədri olmuşdur.
2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.
2017-ci il 5 aprel tarixindən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədridir.
2018-ci il 14 mart tarixindən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.
2018-ci il 20 sentyabr tarixindən Suveren Fondların Beynalxalq Forumunun idarə heyətinin üzvüdür.
Xarici dillərİngilis, fransız, rus, türk dillərini bilir.
Ailə vəziyyətiEvlidir, üç övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:447
Bu xəbər 21 Aprel 2026 05:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















