Icma.az
close
up
RU
Prezidentin məhkəmələrlə bağlı imzaladığı yeni qanun nədən ibarətdir? ALİ MƏHKƏMƏNİN SƏDR MÜAVİNİ VƏ DEPUTAT DANIŞIR

Prezidentin məhkəmələrlə bağlı imzaladığı yeni qanun nədən ibarətdir? ALİ MƏHKƏMƏNİN SƏDR MÜAVİNİ VƏ DEPUTAT DANIŞIR

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara edilmiş 2024-cü il 7 noyabr tarixli dəyişikliklər təsdiq edib.

Gununsesi.info-nun xəbərinə görə, yeni dəyişikliklərin tətbiqinə dair Prezidentin imzaladığı fərman məhkəmə-hüquq sistemində islahatlara əsas olacaq.

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri  Sənan Hacıyev bildirib ki, bu dəyişikliklərə əsasən aşağıdakı mühüm islahatlar həyata keçirilmişdir:

Onun sözlərinə görə, bu dəyişikliklər hakimlərin seçim prosesini təkmilləşdirir:

“Məqsəd, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə nail olmaq üçün hakimlərin iş yükünün optimallaşdırılması baxımından vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsidir. Hakimlərin seçim prosesi sadələşdirilərək, test imtahanı, yazılı imtahan və müsahibə əsasında olmaqla – üç mərhələdən ibarət olması müəyyən edilmişdir. Bu imtahanlarda uğur qazanmış namizədlərin Ədliyyə Akademiyasında tədrisə cəlb edilmələri əvvəlki kimi hakim vəzifəsinə təyin olunanadək deyil, artıq təyinat aldıqdan dərhal sonra həyata keçiriləcəkdir”.

Ali Məhkəmənin sədr müavini deyir ki, hakimlərin qiymətləndirilməsi prosesi də təkmilləşdirilib:

Ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsində şəffaflığın təmin olunması, onların fəaliyyətinin stimullaşdırılması, tədris ehtiyaclarının müəyyənləşdirilməsi və fəaliyyətini davam etdirməyə uyğunluğunun müəyyən edilməsi əsas məqsəddir. Bu fəaliyyəti həyata keçirəcək xüsusi qurum olan Hakimlərin Qiymətləndirilməsi Komitəsi təsis edilmişdir. Komitə Məhkəmə-Hüquq Şurası tərəfindən 5 il müddətinə seçilən 9 üzvdən ibarət (Ali Məhkəmənin üç hakimi, apellyasiya instansiyası məhkəmələrindən üç hakim və birinci instansiya məhkəmələrindən üç hakim) olacaqdır; Hakimlərin fəaliyyəti əvvəlki kimi əsasən Ali Məhkəmə, apellyasiya instansiyası və birinci instansiya məhkəmələri sədrlərinin təqdim etdikləri məlumatlar əsasında deyil, həmçinin yeni yaradılan Komitə tərəfindən müstəqil qaydada toplanılan obyektiv məlumatları əks etdirən materiallar əsasında onların peşəkarlıq səviyyəsini müəyyən etməyə imkan verən kəmiyyət (məhkəmə fəaliyyəti üzrə iş yükü və onun öhdəsindən gəlmək bacarığı) və keyfiyyət (məhkəmə aktlarının və məhkəmə proseslərinin idarə edilməsi keyfiyyəti, kommunikasiya bacarıqları, hakim etikası və intizamlılıq) göstəriciləri üzrə qiymətləndiriləcəkdir. Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyəti əsasən Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən müstəqil qaydada toplanılan materiallar əsasında onların idarəçilik bacarıqlarını müəyyən etməyə imkan verən meyarlar (müvafiq məhkəmədə əmək və icra intizamına riayət edilməsi və işin təşkili vəziyyəti (məhkəmə statistikasının və arxiv işinin aparılması, kargüzarlıq qaydalarına əməl olunması, məhkəmə aparatına rəhbərliyin təşkili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi vəziyyəti, vətəndaşların qəbulu, müraciətlərə baxılması sahəsində məhkəmədə işin təşkili) üzrə qiymətləndiriləcəkdir”.

Sənan Hacıyevin sözlərinə görə, bundan sonra hakimin fəaliyyətinin qiymətləndirilməsinin yekununda əvvəlki kimi 2 deyil, 3 (yüksək, qənaətbəxş və peşəkar çatışmazlıq) nəticələrdən biri müəyyən olunacaq və fəaliyyəti yüksək qiymətləndirildiyi halda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin vəzifədə irəli çəkilməsi imkanı nəzərdən keçirilə biləcəkdir: “Komitə tərəfindən hakimin fəaliyyətinin qiymətləndirilməsinə dair yekun rəyin tərtib olunması və bu rəyin Məhkəmə-Hüquq Şurası tərəfindən müzakirə edilməklə təsdiq olunması nəzərdə tutulur. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin müfəssəl qaydaları və metodologiyasının Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilməsi nəzərdə tutulmuşdur”.

Ali Məhkəmənin sədr müavinin sözlərinə görə, yeni dəyişikliklərdə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası da yaradılıb:

Məqsəd məhkəmə hakimiyyətinin müstəqilliyinin daha effektiv şəkildə təmin edilməsidir.

Məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə əvvəlki kimi Ədliyyə Nazirliyinin deyil, Məhkəmə-Hüquq Şurasının yeni yaradılmış Apellyasiya Şurası baxacaqdır”.

Milli Məclisin deputatı  Naqif Həmzəyev də Gununsesi.info-ya müsahibəsində Azərbaycanda məhkəmə-hüquq islahatlarının mühüm mərhələyə qədəm qoyduğunu deyib: “Son illər aparılan islahatlar öz nəticəsini verməkdədir. Məhkəmə hakimiyyətinin güclü olması üçün birinci növbədə onun maddi-texniki bazasının yaxşı yaradılmasıdır ki, biz buna nail olmuşuq. Bugün məhkəmələr üçün müasir binalar, hakimlər üçün yaxşı iş şəraiti yaradılıb. Hakimlərin əmək haqqlarında da artımlar bu işə öz tövhəsini verib”.

Naqif Həmzəyev deyir ki, hakim korpsunun test yolu ilə formalaşdırılması prosesi də məhkəmələrin fəaliyyətində ciddi dönüş yaradıb: “Bugün biliyi , bacarığı olan hüquqşünaslar üçün hakim olmaq yolunda maneə yoxdur”. 

Günay Mahirqızı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri